Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - İBRAHİMOV Eldar Rza oğlu )
    XOSROVŞAHİ
    XOSROVŞAHİ( خسروشاهی) Şәmsәddin Əbdülhәmid ibn İsa Tәbrizi (1184, Tәbriz yaxınlığında Xosrovşah – 8.12.1254, Dәmәşq) – Azәrb. filosofu, tәbiәtşünas, tәbib. Hәyatı haqqında mәlumat azdır. Müәyyәd Tusidәn hәdis, Fәxrәddin Razidәn fiqh, kәlam vә fәlsәfәni öyrәnmişdir. Nәsirәddin Tusi vә İbn Əbu Üseybiәnin müәllimi olmuşdur. Fәxrәddin Razinin vәfatından (1210) sonra Şama getmiş, orada peri patetik fәlsәfәdәn dәrs demişdir. Kәrәk hakimi Nasir ibn Mәlikin rәğbәtini qazanmış, onun müәllimi olmuşdur. X. ömrünün sonunu Dәmәşqdә yaşamışdır. Onun elmi yaradıcılığı vә müәllimlik fәaliyyәti müasirlәri tәrәfindәn yüksәk qiymәtlәndirilmişdir. Yüksәk erudisiyaya malik X. әn çox fәlsәfә sahәsindә fәrqlәnmişdir. Fәlsәfә, mәntiq, kәlam vә fiqh mәsәlәlәrinә hәsr olunmuş әsәrlәri haqqında orta әsr mәnbәlәrindә mәlumat verilmişdir. Əbu İshaq Şirazinin “Əl-Mühәzzәb” [“Müxtәsәr kitab әl-Mühәzzәb” (“Düzәliş edilmiş kitabın xülasәsi”)] vә İbn Sinanın “Əş-Şәfa” әsәrlәrinә ixtisar [“Müxtәsәr kitab әş-Şifa” (“Şәfa kitabının xülalәsi”)], Fәxrәddin Razinin “Əl-Ayat vәl-bәyyinat” әsәrinә [“Tәtimmәt kitab әl-Ayat vәl-bәyyinat” (“Ayәlәr vә bәyanatlar kitabının tamamlanması”)] әlavә yazmışdır.
    X. Qasiyun dağının әtәyindә (Dәmәşq yaxınlığında) dәfn olunmuşdur. Şairlәr İzzәddin Mәhәmmәd ibn Hәsәn Ərbili vә Nәcmәddin ibn Lәbbudi (ö. 1271) onun ölümünә mәrsiyә yazmışlar.
    Əd.: Mәmmәdov Z. Azәrbaycan fәlsәfәsi tarixi, B., 2006.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – İBRAHİMOV Eldar Rza oğlu 