XOST – Əfqanıstanın ş.-indә әyalәt. Sah. 4,2 min km2. Əh. 647 min (2021). İnz. m. Xost ş.-dir. Aqrar sektor inkişaf etmişdir. Nar, qoz, buğda vә qarğıdalı becәrilir. Otlaqların genişlәndirilmәsi, yeni texnika ilә tәchiz olunmuş irriqasiya sisteminin yaradılması, heyvandarlıq mәhsullarının emalı müәssisәlәrinin tikilmәsi heyvandarlığın (davar, dәvә, qaramal) vә quşçuluğun inkişafına şәrait yaratmışdır. Tәqr. 400 arıçılıq tәsәrrüfatı (2016) fәaliyyәt göstәrir. Arıçılıq mәhsulları ixrac olunur. Aeroport var.











