XOSTAK, x v a s t a k (pәhlәvi dilindә xvasta – mülk, әmlak, torpaq sahәsi) – Sasanilәr dövlәtindә, o cümlәdәn Atropatena (A d u r b a d a q a n) vә Albaniyada (Qafqaz) şәrti torpaq sahibliyi. X. müxtәlif xidmәtlәrin müqabilindә verilirdi. X. hәrbi xidmәtә görә süvarilәrә vә azatlara müvәqqәti istifadәyә verilirdi. Ruhanilәrә dә verilirdi. Bacarıqsızlıq, qәbahәt vә cinayәt törәtmiş ruhanilәr X.-dan mәhrum edilә bilәrdi. X. torpaq sahәlәri satıla vә ya bağışlanıla bilmәzdi, lakin dastakertә çevrilә bilәrdi. Ərәblәrin gәlişinәdәk saxlanılmışdı.










