XOŞAOQOU – indiki Yuymın ş.-nin (Yuy men; Çinin Qansu әyalәti) 20 km-liyin dә yerlәşәn Tunc dövrünә (tәqr. e.ә. 17 әsr) aid mәzarlıq. 1976 ildә, әsasәn, düzbucaqlı formada olan 312 qәbir (çappa qәbirlәrdә var) qazılmışdı. Meyitlәr arxası üstә uzadılmış, nadir hallarda böyrü üstә bükülü vәziyyәtdә dәfn edilmişdi. Dәfn avadanlığı sap yeri olan tunc baltalar, bıçaqlar, nizә vә oxucluqları, qolbaq, bilәrziklәr, oxucluqları üçün daş qәlib, qızıl sırğalar, saxsı qablar (o cümlәdәn boyanmış antropomorf vә qapağında it fiqurları olan çәkmә formasında dördayaqlı qablar) vә s.-dәn ibarәtdir. Çoxlu qoyun (bir qәbirdә 44 qoyun kәllәsi), it, donuz, at, qaramal sümüklәri aşkar olunmuşdur. Bir sıra tәdqiqatçı X.-nu ayrıca mәdәniyyәt kimi müәyyәnlәşdirir, çoxları isә onu qәdim syanların Sıba mәdәniyyәtinә aid edirlәr.










