“XOŞBƏXT ƏRƏBİSTAN” – antik dövr yunan vә latın mәnbәlәrindә Ərәbistan y-anın c.-q. hissәsinin adı; Əqәbә körfәzi ilә Şәttül-әrәb çayının mәnsәbi arasındakı әrazini әhatә edirdi. Ümumiyyәtlә, antik müәlliflәr Ərәbistanı 3 hissәyә – “X.Ə.”, “Petra (Nәbati) Ərәbistanı” vә “Sәhra Ərәbistanı”na bölürdülәr. “X.Ə.” Hindistanla ticarәt yolu üzәrindә yerlәşirdi, zәngin vә varlı idi; adı da buradan götürülmüşdür.










