XOŞBƏXTLİK – hәyatın öz-özlüyündә dәyәrli vә yetәrli vәziyyәti olan ali nemәt. X.-in mәzmununda bir-birindәn prinsipial şәkildә fәrqlәnәn iki komponent nәzәrә çarpır: a) subyektin özündәn asılı olan vә onun öz fәaliyyәti ilә müәyyәnlәşәn; b) subyektdәn asılı olmayan vә xarici şәrtlәrlә (şәrait, tale) müәyyәnlәşәn. X.-dә insandan asılı olan şey lәyaqәt adını almışdır. Lәyaqәt vә X.-in qarşılıqlı әlaqәsi etikanın mәrkәzi probleminә çevrilmiş vә hәlә antik dövrdә bu problemin hәllindә üç әsas әnәnә formalaşmışdır. Birinci әnәnәyә görә, әxlaqi lәyaqәtlәr zövq (hedonizm), fayda, uğur (utilitarizm), әzabın bitmәsi vә canın dincliyi (epikürizm) ilә eynilәşә bilәn X.-ә çatmaq üçün vasitәdir. Bu әnәnә evdemonizm adlanmışdır. Stoisizm adlanan ikinci әnәnә X.-ә lәyaqәtin nәticәsi kimi baxır vә hesab edir ki, insanın әxlaqi kamilliyi onun taleyindәn, konkret hәyat şәraitindәn asılı deyil, ağıldan qaynaqlanan daxili dayanıqlıqla üst-üstә düşür vә özözlüyündә X.-ә çevrilir. Aristotelә aid olan üçüncü әnәnә lәyaqәtdә hәm X.-ә aparan yolu, hәm dә onun әn zәruri elementini önә çәkir. Ali nemәt kimi X. özündә hәm fәrddәn asılı olan daxili nemәti, hәm dә qәtiyyәn fәrddәn asılı olmayan xarici nemәti ehtiva edir. Orta әsrlәrdә X.-in Allah tәrәfindәn bәxş olunan nemәt kimi dini-etik anlamı hakim idi.
Yeni dövrdә etika artıq insan hәyatını X. terminlәri ilә dәrk etmәyә yönәlmir; bu yanaşmanı X. vә әxlaq anlayışlarını birbirindәn ayıran İ.Kant әsaslandırmışdır. X. dә ali nemәtin zәruri elementlәrindәn biri olsa da, hәr kәs tәrәfindәn fәrqli şәkildә anlaşılan subyektiv hiss kimi ümumi әhәmiyyәtli әxlaqın әsası ola bilmәz: lәyaqәt insanı X.-ә layiq edir, lakin ona tәminat vermir.
19 әsrin sonu – 20 әsrin әvvәllәrindә F.Nitsşe, V.S.Solovyov, V.V.Rozanov, N.A.Berdyayev, S.L.Frank vә b. X. prinsipinin fәlsәfi tәnqidi ilә çıxış etmiş, alternativ qaydada mәnaya canatma prinsipini irәli sürmüşlәr. 20 әsrdә “kütlәvi mәdәniyyәt”in inkişafı ilә X. tәdricәn kütlәvi şüurun ideologeminә çevrildi, X.-ә çatma motivi reklam vә marketinqdә aktiv istifadә edildi; bu, fәlsәfi tәnqidin yeni dalğasını yaratdı (R.Belliotti, D.Hilbert, P.Brükner vә b., ABŞ). 20 әsrin sonundan X. problemi psixoloq, sosioloq vә iqtisadçıların empirik tәdqiqatlarının predmeti oldu. Bu tәdqiqatlarda subyektiv rifah – hәyatdan mәmnun qalmanın mәcmu qiymәti әsas dәyişәndir
(E.Diner, ABŞ). Bununla yanaşı, xoşbәxt hәyatla hәr şeydәn daha çox bağlı olan şәxsiyyәt xarakteristikaları da öyrәnilir (K.Riff, ABŞ). 1990-cı illәrdәn dünyanın müxtәlif ölkәlәrindә kütlәvi monitorinq tipli tәdqiqatlar aparılır. Bu tәdqiqatların tәhlili insanların rifahına tәsir göstәrәn vә göstәrmәyәn faktorlar haqqında nәticә çıxarmağa imkan verir.










