XOŞBULAQ ABİDƏLƏRİ – Azәrb. Resp. Daşkәsәn r-nunun Xoşbulaq k.-ndә Xocalı-Gәdәbәy mәdәniyyәtinә aid arxeoloji abidә. Tunc vә Dәmir dövrünә aid yaşayış yeri, kurqanlar, daş qutu qәbirlәr, siklop tikililәri vә s. tәdqiq edilmişdir. Burada qәdim insanların istifadә etdiyi bir neçә zağa var. X.a.-ndәn çoxlu keramika mәmulatı, bәzәk әşyaları, silahlar vә s. aşkar edilmişdir.

Xoşbulaq daş qutu qәbirlәrindәn aşkar olunmuş materiallar.










