XOŞHAL XAN XƏTTAK, X o ş h a l B a b a (18.6.1613, Pәncab әyalәti, Akora ş. – 19.2.1689, Kabil) – puştu әsilli әfqan şairi. Xәttakilәr tayfasının başçısı vә Akora knyazlığının hakimi (1641 ildәn). 1672–75 illәrdә әfqan tayfalarının Böyük Moğollara qarşı silahlı üsyanına başçılıq etmişdir. Orta әsrlәr әfqan dünyәvi poeziyasının görkәmli nümayәndәsidir. Puştu vә fars dillәrindә yazmışdır. 100-dәn çox әsәri mәlumdur. Şeirlәri “Külliyyat”ında (40 min beyt) toplanmışdır. “Fәzlnamә” (“İdrak haqqında poema”), “Baznamә” (“Şahin haqqında poema”) әsәrlәri, “Dәstәrnamә” (“Çalma haqqında kitab”, 1665) risalәsi var. Yaradıcılığında milli azadlıq mübarizә sinin, vәtәnpәrvәrliyin tәrәnnümü mühüm yer tutur.










