XOŞKOTAN – Yelizavetpol (Gәncә) qub.-nın Qazax qәzasında (31.12.1937 ildәn Noyemberyan r-nu) azәrb.-ların yaşadığı kәnd. Əvvәllәr kәnddә ancaq azәrb.-lar yaşamış, sonralar isә onlar sıxışdırılıb çıxarılaraq burada xaricdәn gәlmә ermәnilәr mәskunlaşdırılmışdır. 25.1.1978 ildә kәndin adı dәyişdirilәrәk Voskevan qoyulmuşdur.










