XÓTA (isp. jota) – mahnı müşayiәti ilә qoşa ifa olunan ispan rәqsi; ispan mahnısı. İspaniyanın müxtәlif regionlarında (Araqon, Kataloniya, Kastiliya-La-Manç, Qalisiya vә s.) yayılmışdır; daha çox Araqon X.-sı mәşhurdur. X-nı müşayiәt edәn instrumental ansamblın heyәti [kastanyetlәr, gitara, bandurriya (barmaqla çalınan simli musiqi alәti), membranofon vә s.] vә ifa tempi yerli xüsusiyyәtlәrlә bağlıdır. X.-dan 19–20 әsr bәstәkarlarından M.İ.Qlinka (ork. üçün “Araqon xotası”, “Madriddә gecә”), J.Bize (“Karmen” operası, 4-cü pәrdәnin müqәddimәsi), F.List (fp. üçün “İspan rapsodiyası”), N. Rimski-Korsakov (“İspan kapriççiosu”) vә b. istifadә etmişlәr.










