XOTÁN – Çinin q.-indә çay. Tarim çayının sağ qolu. Başlanğıcını Qaraqorum vә Kunlun d-rından götürәn Qaraqaş (Qara yәşәm) vә Yurunqqaş (Bәyaz yәşәm) çaylarının birlәşmәsindәn yaranır. Uz. Qaraqaş çayının mәnbәyindәn 1035 km, hövzәsinin sah. 43,6 min km2. Tәklә-Mәkan sәhrasında geniş dәrәdә axır. Axımın böyük hissәsindәn Hotan vahәsinin suvarılmasında istifadә olunur. İyul – avqust ayları bolsulu olur. Quraq illәrdә suyu Tarim çayına çatmır.










