XOULİ – Çindә, Şandun y-a-ndakı (o zaman ada olmuşdur) Tayşan dağ silsilәsindәn şm.-da Orta Neolitin birinci mәrhәlәsinә (tәqr. e.ә. 5500–4700 illәr) aid arxeoloji mәdәniyyәt. Szıbo ş. әtrafında 1988–89 illәrdә aparılmış qazıntılarla әlaqәdar belә adlandırılmışdır. Girişi c.-dan, mәrkәzindә ocağı olan düzbucaqlı yarımqazmalar (sah. 25–50 vә 10–20 m2) aşkar edilmişdir. Yaşayış yerlәrindәki quyu qәbirlәrdә meyitlәr arxası üstә, başı ş.-ә istiqamәtlәnmiş vәziyyәtdә dәfn olunmuşdur. Keramikadan yastı oturacaqlı vә dairәvioturacaqlı kasalar, küplәr, qulplu bardaqlar, zanbaqşәkilli qablar tapılmışdır. Daş baltalar, toxalar (әsasәn, cilalanmış), sürtgәclәr vә s. aşkar olunmuşdur. X.-ni Beysin mәdәniyyәti әvәz etmişdir.










