Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - İBRAHİMOV Eldar Rza oğlu )
    XOY 
    XOY – İranın şm.-q.-indә, Qәrbi Azәrb. ostanında şәhәr. Xoy şәhristanının inz. m. Əh. 198 min (2016). Tәbriz, Urmiya vә Ərzuruma (Türkiyә) gedәn avtomobil yolları üstündәdir.
    X. Azәrb.-ın qәdim yaşayış mәntәqәlәrindәndir. Mәnbәlәrdә X u v e y kimi adı çәkilәn şәhәr haqqında ilk mәlumat hәlәlik 6 әsrә aiddir. Xilafәt dövründә X. mühüm şәhәrlәrdәn idi. “Hüdud ül-alәm” әsәrindә (10 әsr) X.-dan kiçik, lakin abad vә zәngin bir şәhәr kimi bәhs edilir. Hәmin dövrdә X.-da xalça, palaz, silah vә s. istehsal olunurdu. 1038–1157 illәrdә X. Sәlcuqilәrin hakimiyyәtindә idi. Sәlcuq Sultanı Alp Arslanın [1063–72] dövründә X.-da feodal zülmünә qarşı baş vermiş üsyan amansızlıqla yatırıldı. Eldәnizlәr dövründә X. mühüm ticarәt vә sәnәtkarlıq mәrkәzinә çevrildi. 1221 ildә Cәbә vә Subutayın başçılıq etdiyi monqol qoşunu X.-u qarәt etdi. 1226 ildәn X. Xarәzmşah Cәlalәddin Mәnq burnunun hakimiyyәtindә idi. 1231 ildә X. monqol işğalçılarına qarşı ciddi müqavimәt göstәrdi. Hülakular dövründә X.-da iqtisadi hәyat nisbәtәn dirçәldi. 14 әsrin әvvәllәrindә X.-dan 53 min dinar vergi toplanırdı. X.-da mis qab, pambıq parça vә s. istehsal edilirdi. Hәmdullah Qәzvininin mәlumatına görә, X. әtrafında çoxlu üzüm vә meyvә bağları var idi. X.-da elm, mәdәniyyәt vә memarlıq inkişaf etmişdi. 15 әsrdә şәhәrdә zәrbxana vardı. Sәfәvilәr dövründә X. xeyli abadlaşdı. Çaldıran vuruşmasından (1514) sonra X.-u osmanlılar işğal etdi. Amasya müqavilәsinә (1555) görә X. Sәfәvilәr dövlәtinin tәrkibindә qaldı. 16 әsrin 80-ci illәrindә Osmanlı Xosrov paşanın hücumu zamanı X. hakimi Mahmud Sultan Rumlu öldürüldü vә şәhәr yenidәn osmanlıların әlinә keçdi. I Abbasın dövründә X.-da iqtisadi hәyat nisbәtәn dirçәldi. Şәhәrdә ticarәt vә sәnәtkarlıq, xüsusilә toxuculuq inkişaf etdi. Türk sәyyahı Evliya Çәlәbinin mәlumatına görә, 17 әsrdә X.-da 35 min sakin yaşayırdı. 1743–44 illәrdә Nadir şahın vergi siyasәti X.-da üsyana sәbәb oldu. Üsyan şahın cәza dәstәlәri tәrәfindәn yatırıldı; şәhәrin idarәsi Dünbuli әmirlәrinә tapşırıldı. Nadir şahın ölümündәn (1747) sonra yaranmış müstәqil hakimliklәrdәn biri dә mәrkәzi X. şәhәri olan Xoy xanlığı idi. Mәnbәlәrin mәlumatına görә, Əhmәd xan Dümbulinin [1763–86] dövründә X. xeyli abadlaşdı. 19 әsrin әvvәllәrindә X.-un әtrafına eni 3–4 m olan divar çәkildi. Rusiya-İran müharibәsi (1826–28) zamanı, 1827 ildә çar qoşunları X.-u tutdu. Türkmәnçay müqavilәsinә (1828) әsasәn X. İranın tәrkibindә qaldı.
    Xoy şәhәrinin köhnә bәlәdiyyә binası.
    Yaxşı planlaşdırılmış şәhәrin enli müntәzәm küçәlәri boyunca uzanan sәrin arxlar vә söyüd ağacları X.-ya xüsusi yaraşıq verir; bir neçә mәscid, kәrpicdәn inşa edilmiş böyük bazar, karvansara vә bağlar var.
    Şәms Tәbrizi memorial parkı.
    X. ölkәnin mühüm meşә sәnayesi mәrkәzidir. Oduncaq vә taxta-şalban materialları istehsal olunur. K.t. (meyvә vә dәnli bitkilәrin becәrilmәsi) inkişaf etmişdir.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – İBRAHİMOV Eldar Rza oğlu 