XOY XANLIĞI – 18 әsrin ortalarında Azәrb. әrazisindә yaranmış kiçik dövlәtlәrdәn biri. Naxçıvan, Maku, Urmiya, Tәbriz xanlıqları vә Osmanlı dövlәti ilә hәmsәrhәd idi. Əsasını hәlә Sәfәvilәr dövründә irsi hakimiyyәtdә olan dümbuli tayfa başçıları qoymuşdu. Mәrkәzi Xoy ş. olmuşdur. Tәrkibinә Xoy, Salmas, Avacıq, Qotur, Əlәnd, Çaldıran, Çors, Qaraqoyunlu, Sökmәnabad, Dәrgah mahalları daxil olan X.x.-nda bütün hakimiyyәt, hәmçinin yeraltı vә yerüstü sәrvәtlәr xana vә onun ailә üzvlәrinә mәxsus idi. X.x.-nın idarә olunmasında әyanların toplandığı divanxana mühüm rol oynayırdı. Ayrı-ayrı mahalları bәylәr, naiblәr, kәndxudalar vә b. idarә edirdilәr. Xanlığın 4 min nәfәrlik daimi qoşunu vardı. Lazım gәldikdә, mahallardan xanın sәrәncamına çәrik dәstәlәri dә göndәrilirdi. Əhalisi, әsasәn, әkinçilik, maldarlıq, bağçılıq vә sәnәtkarlıqla (dulusçuluq, boyaqçılıq, toxuculuq vә s.) mәşğul olurdu. İranda hakimiyyәt uğrunda Əfşarlar, Zәndlәr vә Qacarlar arasında gedәn mübarizәdә süvari dәstәlәri ilә iştirak edәn X.x.-nın hakimlәri öz müstәqilliklәrini qoruyub saxlaya bildilәr. Əhmәd xan Dümbulinin [1763–86] dövründә tәsәrrüfat hәyatı nisbәtәn inkişaf edәn X.x. Azәrb.-ın әn güclü xanlıqlarından birinә çevrildi. Qarabağ xanlığı ilә ittifaq bağlayan vә gürcü çarlığı ilә diplomatik әlaqә saxlayan Əhmәd xan İrәvan vә Naxçıvan xanlıqlarını özündәn asılı vәziyyәtә saldı. Hüseyn qulu xanın [1786–1813] dövründә X.x. Qacarlardan tam asılı vәziyyәtә düşdü. Rusiya-İran müharibәlәri zamanı Abbas Mirzәnin qoşunlarının tәrkibindә X.x.-nın da dәstәlәri
iştirak edirdi. Türkmәnçay müqavilәsinә (1828) әsasәn X.x.-nın әrazisi İranın tәrkibindә qaldı. X.x.-na Qacarlar sülalәsi son qoydu.










