XOYLU (әl-X ü v ә y y i) Şihabәddin Mәhәmmәd ibn Əhmәd (1229, Dәmәşq – 19.8.1294, Dәmәşq) – Azәrb. mütәfәkkiri, Şәmsәddin Xoylunun oğludur. Hәyatı haqqında mәlumat azdır. Adiliyyә mәdrәsәsindә dәrs almış, Ömәr ibn Kәrәm vә Əbu Hәfs Ömәr Sührәvәrdinin mühazirәlәrini dinlәmişdir. 1258 ildә Qüdsün, sonralar isә Hәlәb vә Misirin qazısı olmuş, eyni zamanda müәllimlik etmişdir. X. Dәmәşqә qayıdaraq, orada qazı vәzifәsini tutmaqla bәrabәr, Adiliyyә, Qәzaliyyә vә Dimağiyyә mәdrәsәlәrindә dәrs demişdir. X. “Əqalim әt-tәalim” (“Tәlimlәrin sahәlәri”), “әl-Cәbr vәl-müqabilә” (“Cәbr vә onun müqabili”), “әl-Heyәt” (“Kosmoqrafiya”), “әl-Fәraid” (“Vәrәsәlik hüququ”), “әl-Əruz” (“Əruz”) kimi müxtәlif mövzulu әsәrlәrin müәllifidir.
Əd.: Mәmmәdov Z., Azәrbaycan fәlsәfәsi tarixi. B., 2006.










