Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - İBRAHİMOV Eldar Rza oğlu )
    XOYSKİ Fәtәli xan İsgәndәr xan oğlu 
    XOYSKİ Fәtәli xan İsgәndәr xan oğlu [25.11.1875, Nuxa (indiki Şәki) – 19.6. 1920, Tiflis] – Azәrb.-ın görkәmli dövlәt xadimi, Azәrbaycan Xalq Cümhuriyyәtinin (AXC) banilәrindәn biri, AXC Nazirlәr Şurasının ilk sәdri vә ilk daxili işlәr naziri. Əslәn Cәnubi Azәrb.-ın Xoy ş.-ndәn olan Şәki xanı Cәfәrqulu xan Dümbulinin nәslindәndir, gen.-l. İs gәndәr xan Xoyskinin oğludur. X. Yelizavetpol (G ә n c ә) klassik gimnaziyasını, Moskva Untinin hüquq fakültәsini bitirmişdir (1901). Hәmin ildәn Yeliza vetpol dairә mәhkәmәlәrindә, sonra Kutaisi dairә vә qәza mәhkәmәlәrindә, Zuqdidi barışıq mәhkәmәsindә çalışmış, titulyar müşavir rütbәsinә layiq görülmüşdür. 1904 ildә kollej asessoru rütbәsini alan X. Yekaterinodar (indiki Krasnodar) dairә mәhkәmәsi prokurorunun müavini tәyin edilmişdir. 1907 ildә Yelizavetpol (G ә n c ә) qub.-n dan Rusiyanın İkinci Dövlәt dumasına Kadetlәr partiyasından deputat seçilmişdir. 1913 ildә Bakıya köçәrәk şәhәr dairә mәhkәmәsindә andlı iclasçı olmuşdur. 1917 ilin aprelindә Qafqaz müsәlmanları qurultayının tәşkilatçılarından idi. Oktyabr ayında X. Bakı şәhәr dumasının sәdri seçilmiş, noyabr ayında Zaqafqaziya Federativ Resp.-nda maarif naziri vәzifәsini tutmuşdur.
    X. 1918 il mayın 28-dә Milli Şura tәrәfindәn Tiflisdә elan edilәn AXC-nin baş naziri (rәisi-vüzәra), eyni zamanda daxili işlәr naziri oldu. İyunun 17-dә Gәncәdә Milli Şura hökumәti buraxıldı, yeni hökumәtin tәşkili X.-yә tapşırıldı. İkinci hökumәtdә X. baş nazir vәzifәsi ilә yanaşı, әdliyyә naziri vәzifәsini dә tutdu. İkinci hökumәt ilk növbәdә dövlәt aparatının tәşkili ilә mәşğul oldu, әsas diqqәti Nazirlәr Şurasının vә ayrı-ayrı nazirliklәrin idarә aparatının yaradılmasına yönәltdi. İyunun 19-da Azәrb.-da hәrbi vәziyyәt elan edildi,
    avqustun 11-dә hәrbi mükәllәfiyyәt haqqında qanun qәbul olundu. İyunun 27-dә Azәrb. (türk) dili dövlәt dili elan edildi. İyulun 15-dә daşnakların azәb.-lara qarşı törәtdiklәri soyqırımı ilә әlaqәdar Fövqәladә Tәhqiqat Komissiyası yaradıldı, avqustun 30-da Gәncәnin vә Cәbrayıl qәzasının tarixi adları bәrpa olundu. Bakıya köçdükdәn (17 sentyabr) sonra X.-nin başçılıq etdiyi hökumәt Mәclisi-Mәbusanın (parlamentin) çağırılmasının tәşkili üçün komissiya yaratdı, daha sonra bu iş Azәrb. Milli Şurasına hәvalә edildi. Noyabrın 9-da Azәrb.-ın üçrәngli bayrağı tәsdiqlәndi. 1919 il fevralın 25-dә müxalifәtçi partiyalar vә fraksiyaların İkinci hökumәtә qarşı yaratdığı dözülmәz vәziyyәtlә әlaqәdar X. istefa verdi. Bundan sonra X. parlament üzvü kimi siyasi, iqtisadi vә maliyyә mәsәlәlәrinin hәllindә fәal iştirak etdi. 1919 ilin dekabrında X. Beşinci hökumәtin tәrkibindә xarici işlәr naziri oldu, RSFSR xarici işlәr naziri G.V.Çiçerinә dәfәlәrlә nota göndәrdi. Aprel işğalından (1920) sonra X. Tiflisә mühacirәt etmiş, orada ermәni daşnak terrorçusu tәrәfindәn qәtlә yetirilmişdir.
    Tiflisdә Nәbatat bağında X.-nin qәbirüstü abidәsi (1996) qoyulmuşdur. Bakıda vә Gәncәdә adına prospekt vә küçә var, yaşadığı binalara barelyefi, xatirә lövhәsi vurulmuşdur. X.-nin anadan olmasının 120 illiyi münasibәtilә poçt markası buraxılmışdır (1995).
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – İBRAHİMOV Eldar Rza oğlu 