XÖVSGÖL – Monqolustanın şm.-ında aymak. Sah. 101,0 min km2. Əh. 128,2 min (2015). İnz. m. Muren ş.-dir.

Tәbiәt. Ərazisi dağlıqdır (hünd. nöqtәsi 3491 m.). Faydalı qazıntıları: qızıl, qurğuşun, biotit, kömür, fosforit, qiymәtli daşlar vә s. İqlimi kәskin kontinentaldır. Orta temp-r yanvarda – 21–32°C, iyunda 10–18°C tәşkil edir. Çayları: Tes, İder, Selenqa vә s. Buzlaq mәnşәli 300-dәn çox göl var. Ən iri gölü Xövsgöl-Nuurdur.










