XRAM, X r a m i – Gürc.-da, qismәn Azәrb. Resp.-nda çay. Kürün sağ qolu. Uz. 201 km, hövzәsinin sah. 8340 km2. Trialeti silsilәsindәn başlanır; dәrin dәrәdә axır; astanalıdır. Qarışıq mәnbәdәn, әsasәn, qar suları ilә qidalanır. Əsas qolları: Debed, Maşavera (sağdan). Ortaillik su sәrfi 51,1 m3/ san, maks. 448 m3/ san-dir. Üstündә su anbarı yaradılmışdır. SES-lәr var. Su varmada istifadә olunur.










