XRÉNNİKOV Tixon Nikolayeviç (10.6. 1913, Yelets – 14.8.2007, Moskva) – rus bәstәkarı, ictimai xadim. SSRİ xalq artisti (1963), Sosialist Əmәyi Qәhrәmanı (1973). Lenin mükafatı laureatı (1974). SSRİ Dövlәt mükafatı laureatı (1942, 1946, 1952, 1967). 1936 ildә Moskva konservatoriyasını (V.Y.Şebalinin k o m p o z i s i y a , G.Q.Neyqauzun fp. üzrә sinfini) bitirmişdir. SSRİ vә xarici ölkәlәrdә pianoçu kimi çıxış etmişdir. 40 ildәn artıq SSRİ Bәstәkarlar İttifaqının rәhbәri (1948–91) olmuşdur. 1961 ildәn Moskva Konservatoriyasında kompozisi yadan dәrs demişdir (1966 ildәn prof.).

Musiqili teatr vә simfonik ork. üçün әsәrlәr X. yaradıcılığının әsas sahәsi idi. Erkәn әsәrlәrindә (fp. ilә ork. üçün) Konsert, 1933; 1-ci simfoniya, 1935) P.Hindemit, S.S.Prokofyev vә D.D.Şostakoviçin tәsiri hiss olunur. Musiqili teatr üçün inqilabi mövzuda operaları var (librettoçu A.M.Fayko ilә birgә): “Tufanda” (1939) vә “Ana” (M.Qorkinin eyniadlı romanı әsasında; 1957). Digәr sәhnә әsәrlәri: komik operalar (cәmi 5), o cümlәdәn “Frol Skobeyev” (1950); baletlәr (cәmi 5), o cümlәdәn “Qusar balladası”, 2 operetta (“Yüz şeytan, bir qız”, 1963 vә “Bәyaz gecә”, 1967). X. 3 simfoniyanın (1935; 1942, 2-ci redaksiya – 1944; 1974), simfonik süitaların; orkestr konsertlәrinin, dram tamaşalarına (“Heçnәdәn hay-küy”, 1936 vә s.) vә 20-dәn çox filmә (o cümlәdәn “Donu zabaxan qız vә çoban”, 1941; “Mühari bәdәn sonra axşam saat 6-da”, 1944; hәr ikisinin rej.-u İ.A.Pıryev) yazılmış musiqilәrin müәllifidir.
Musiqinin müxtәlif mәsәlәlәrinә, o cümlәdәn Azәrb. bәstәkarlarının (Ü.Hacıbәyli, Q.Qarayev vә b.) yaradıcılığına dair mәqalәlәri var. Bakıda müәllif konsertlәri olmuşdur.










