Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - İBRAHİMOV Eldar Rza oğlu )
    “XRİSTİAN ELMİ” 
    “XRİSTİAN ELMİ(ing. “Christian Science”) – “ruhi sağlamlaşdırma metodları”na әsaslanan protestant mәnşәli dini cәrәyan. Əsası ABŞ-da M.B.Eddi (1821–1910) tәrәfindәn qoyulmuşdur.
    1862 ildә Eddi xalq tәbabәti sahәsindә çalışan tanınmış hәkim F. Kuimbi ilә tanış olmuş, ondan dәrmansız müalicә ideyasını әxz etmişdi. 1879 ildә Linndә (Massaçusets ştatı) “X.e.”-nin ilk tәşkilatı qeydiyyata alınmışdır; 1894 ildә mәrkәz Bostona köçürülmüş, Eddi burada sonralar Birinci Elmi Mәsih Kilsәsi (The First Churh of Christ, Scientist) adı ilә yenidәn tәşkilatlanan Ana kilsәni (Mother Church) tәsis etmişdir. Bu tәşkilatın üzvlәrini “sayentistlәr” adlandırırlar. Mәsih Kilsәsindәn kәnarda mövcud olan “X.e.” icmaları azdır vә mәrkәzlәşdirilmiş tәşkilata malik deyillәr.
    “X.e.”-nin ardıcılları hesab edirlәr ki, maddi dünya xәyalidir, yalnız İlahi şüur mövcuddur; xeyir vә sağlamlıq reallıq, günah vә xәstәlik isә illüziyadır; Üç üqnum haqqında tәlim rәdd edilir. Xәstәlik ruhi sәhvin nәticәsidir vә sağalma, demәk olar ki, tam şәkildә rәdd edilәn tibbi yardımla (buna görә “X.e.”-nә qarşı dәfәlәrlә mәhkәmә iddiaları irәli sürülürdü) deyil, xüsusi dua-autotreninqlәr vasitәsilә әldә edilir.
    Allaha ibadәt M.B.Eddinin “Elm vә sağlamlıq Müqәddәs Kitaba açar ilә” әsәrini vә Bibliyanı öyrәnmәkdәn ibarәtdir, başqa heç bir ayin yoxdur.
    Yerli icmalar bazar günlәrindә moizә-dәrslәr keçmәkdәn ötrü 1–3 il üçün iki qiraәtçi seçirlәr. Praktişinerlәr (“X.e.”-ndәn lisenziya almış tәbiblәr), şәfqәt bacıları vә qardaşları (dәrmansız yardım etmәyi bacaran tәcrübәli sayentistlәr) vә moizәçilәr hәrәkatın әn fәal xadimlәridir. Ümumi rәhbәrliyi 5 direktordan ibarәt Şura (Boston) hәyata keçirir.
    Cәrәyanın 70 ölkәdә yaşayan 85 minә yaxın davamçısı var, onlardan çoxu ABŞ-dadır.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – İBRAHİMOV Eldar Rza oğlu 