Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - İBRAHİMOV Eldar Rza oğlu )
    XRİSTİAN-DEMOKRAT ÇAĞIRIŞI 
    XRİSTİAN-DEMOKRAT ÇAĞIRIŞI (XDÇ; niderlandca Christen-Democratisch Appél, CDA) – Niderlandın mәrkәzçi siyasi partiyası. 1976 ildә üç klerikal partiya – Əksinqilabi partiya, Katolik xalq partiyası vә Xristian-tarixi ittifaqın yaratdığı  Xristian-demokrat çağırışı siyasi blokundan formalaşmışdır. Partiya rәsmәn 11.10.1980 ildә elan edilmişdir, tәrkibinә daxil olan partiyalar buraxılmışdır. Burjuaziyanın müxtәlif tәbәqәlәri, iri sәnayeçilәr vә torpaq sahibkarlarının bir hissәsi, klerikal dairәlәr, ziyalı tәbәqәsinin imtiyazlı hissәsi vә dövlәt mәmurlarının ali tәbәqәsi XDÇ-nin sosial bazasını tәşkil edir. Partiya dini prinsiplәrә әsaslanır, әnәnәvi dәyәrlәr vә qayda-qanun sistemini müdafiә edir, radikal islahatlara vә ekstremizmә mәnfi münasibәr bәslәyir. Xarici siyasәtdә tәhlükәsizliyin möhkәmlәndirilmәsinә çağırır, әnәnәvi müttәfiqlәrini dәstәklәyir, mötәdil proteksionizm mövqeyindә durur. Gәnclәr vә qadın tәşkilatlarına, mәtbuat orqanlarına malikdir, Avropa xalq partiyası vә Avropa xristian demokratları ittifaqına daxildir, Xristian-demokrat internasionalının üzvüdür. 56,3 min (2014) üzvü var.
    1994 ilәdәk XDÇ lider mövqelәrdә duraraq, bütün hökumәt koalisiyalarının iş tirakçısı olmuş, sonralar öz yerini Əmәk partiyasına versә dә, 21 әsrin әvvәllәrindә yenidәn hökumәt koalisiyasına rәhbәrlik etmişdir. XDÇ tәsis edildiyi vaxtdan fәaliyyәt göstәrmiş 14 hökumәt kabinetindәn 11-nә daxil olmuş, liderlәri 10 kabinetә başçılıq etmişlәr. 2012 il seçkilәrinin nәticәlәrinә görә, sәslәrin 8,5%-ni toplayaraq, müxalifәt partiyası mövqeyinә keçmişdir.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – İBRAHİMOV Eldar Rza oğlu 