XRİSTİAN-SOSİAL PARTİYASI (XSP; Christlichsoziale Partei) – 1893–1934 illәrdә Avstriya-Macarıstanda vә Avstriyada mühafizәkar siyasi partiya. Xristian sosial hәrәkatının vә Xristian sosial fәhlә klubunun F.M.Şindler tәrәfindәn formullaşdırılmış proqramı әsasında K.Lüger yaratmışdır. Antisemitizm vә onunla bağlı olan antiliberalizm XSP ideologiyasının mühüm tәrkib hissәlәri idi. Partiya iri burjuaziya vә ruhani tәbәqәsinә istiqamәtlәnsәdә, mühafizәkar kәnd әhalisini vә şәhәrin orta tәbәqәsini (sәnәtkarlar, mәmurlar vә b.) dә sıralarına cәlb etmiş, hakim monarx dairәlәri ilә, ilk növbәdә vәliәhd Frans Ferdinand Habsburqla sıx әlaqә yarat mışdı. 1907–11 illәrdә reyxsratın әn böyük fraksiyası olmuşdur (sonra birinci yerә Sosial-demokrat fәhlә partiyası – SDFP keçmişdir). 1-ci Dünya müharibәsindә monarxiyanı dәstәklәmiş, lakin 1918 ildә respublika yaradılması vә Almaniya ilә birlәşmә mövqeyindәn çıxış etmişdir. 1918–20 illәrdә SDFP ilә koalisiyada hakim partiya olmuş, 1920 ildәn Böyük Almaniya xalq partiyası vә Landbundla koalisiyalı hökumәtlәr yaratmış, 1920 ildәn bütün Avstriya kanslerlәri, 1928 ildәn isә bütün prezidentlәr XSP-nin üzvlәri olmuşlar. 1934 ilin mayında müstәqil mövcudluğuna son qoyaraq, Vәtәn cәbhәsinә daxil olmuşdur; 1945 ildә Avstriya xalq partiyası adı ilә bәrpa edilmiş, ideoloji әsaslarını vә qismәn şәxsi heyәtini qoruyub saxlamışdır.










