Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - İBRAHİMOV Eldar Rza oğlu )
    XRİSTİANLIQ 
    XRİSTİANLIQ (yun. Χριστιανισμός, lat. Christianismus) – 1 әsrdә İsa Mәsihin әsasını qoyduğu din. Hәr biri hәqiqi xristian kilsәsi olduğunu iddia edәn çoxsaylı (20 mindәn çox) konfessiya vә sektalarla tәmsil olunur. Katolisizm (tәqr. 1,2 mlrd.), müxtәlif denominasiyalara malik protestantizm (tәqr. 800 mln.), pravoslavlıq (tәqr. 280 mln.), Qәdim Şәrq kilsәlәri (antixalkidonlular; bax Xalkidonlular) vә Şәrq Assur kilsәsi (70–80 mln.) әn böyük konfessiyalardır (2015).
    X.-ın tәşәkkülü (1 әsr) Bibliyada әksini tapmış Mәsihin zühuru haqqında xәbәrlәr mәcrasında baş vermişdir. İlk dövrdә İsanın vә hәvarilәrin vәzlәri Yәhudadakı vә qonşu vilayәtlәrdәki yәhudilәrә, sonralar isә bütün xalqlara ünvanlanmışdı. Mәsihin “dirilmәsi”ndәn sonra (tәqr. 33 il) dindarların vahid icması olan kilsә yaranmışdır. Pavel vә digәr hәvarilәr İncili Suriyanın (buranın paytaxtı Antioxiyada “xristian” termini yaranmışdır), Kiçik Asiyanın yunan-romalı әhalisi arasında, Yunanıstanda vә Romada yayırdılar. Yerusәlim dini mәclisi (tәqr. 50 ildә) qeyri-yәhudi xristianları iudaizm normalarına itaәtdәn azad etdi. Yәhudi diasporu ilә sıx bağlı olan erkәn X. sonralar, xüsusilә ikinci Yerusәlim mәbәdinin dağılmasından (70 ildә) sonra iudaizmdәn uzaqlaşdı, lakin Əhdi-Ətiq Müqәddәs Kitabın tәrkib hissәsi olaraq qaldı.
    X.-ın yayılması (1–4 әsrin әvvәllәri) Roma imperiyasında 1 әsrin sonlarından gec olmayaraq bu dinә qanunvericilik sәviyyәsindә qadağa qoyulması şәraitindә baş verirdi. Rәsmi dini mәrasimlәrdә iştirakdan imtinaya görә xristianlar “allahsızlıq”da vә dövlәti tәhqir etmәkdә ittiham olunurdular; ilk xristian toplantılarının qapalılığı tәlimin ifrat әxlaqsızlığı haqqında şayiәlәr doğururdu. Bu dövrdә xristianlar tәqib olunurdular. Ən şiddәtli tәqiblәr imperatorlar Valerian [253–260], Diokletian vә Qalerinin [293–311] zamanında baş vermişdi. Lakin әqidәyә görә kütlәvi edamlar vә xristian әzabkeşlәrinin mәrdanә davranışı insanlarda X.-a qarşı rәğbәt vә hörmәt hissi oyadırdı. Tәqib qurbanlarının xatirәsini anma günlәri xristian müqәddәslәrinә pәrәstiş әnәnәsinin әsasını qoydu (bax Kanonizasiya). Xristian ibadәtinin tәşәkkülü, ruhaniliyin 3 dәrәcәsinin (diakon, presviter, yepiskop) vә yerlәrdәki kilsә tәşkilatlarının formalaşması bu zaman baş verdi. Xristian dini әdәbiyyatı yarandı: erkәn xristian apologetlәri X.-a qarşı yönәlәn ittihamları inkar edirdilәr, qnostisizm vә digәr bidәtlәrlә polemika şәraitindә doqmatika güclәnirdi. X. bütün Roma imperiyasında, hәmçinin Roma-İran sәrhәdyanı әrazilәrindә yerlәşәn bufer dövlәtlәrdә yayıldı, hәtta bu dövlәtlәrdәn birindә (Osroen) rәsmi din statusu qazandı (202 il).
    Ümumdünya kilsә mәclislәri dövrü (4–9 әsrlәr, bax Ümumdünya kilsә mәclislәri) imperator Konstantinin müraciәti (312) vә  X.-dan bütün mәhdudiyyәtlәri götürmüş Milan ediktinin nәşri ilә (313) başladı. Hüquqi cәhәtdәn azadlıq vә imperatorların himayәdarlığı şәraitindә X. Roma imperiyasının әsas, 4 әsrin sonundan isә yeganә rәsmi dininә çevrildi. Kilsәlәrin tikintisi vüsәt aldı, müqәddәs yerlәri ziyarәt vә xristian tәbәrrüklәrinә pәrәstiş artdı. X.-ın әsasında duran ruhani vә dünyәvi başlanğıcların ayrılması hakimiyyәtlәr simfoniyası sisteminin formalaşması ilә nәticәlәndi: dövlәt vә kilsә Allahın yaratdığı vә cәmiyyәtin maddi,  mәnәvi-ruhani rifahını tәmin edәn müstәqil institusiyalar kimi fәaliyyәt göstәrirdilәr. Ümumkilsә dini tәlim (ehkamlar) vә mәrasim (kanonlar) normaları yepiskop mәclislәrindә tәsdiq edilsә dә, onlara әmәl olunmasına nәzarәt vәzifәsi imperator hakimiyyәtinin üzәrinә qoyulurdu vә o, xüsusi hallarda Ümum dünya kilsә mәclislәrinin çağırılmasının tәşәbbüskarı olurdu; ilk mәclis 325 ildә, sonuncu – 7-ci mәclis isә 787 ildә (yekun tәsdiqi 843 ildә) keçirildi. İlahiyyat mәsәlәlәrinә (Üç üqnum, xristologiya vә s.) dair diskussiyalar gedişindә X. dini tәliminin gәlәcәk istiqamәtini müәyyәnlәşdirәn nüfuzlu müәlliflәr (müqәddәs atalar) qrupu yarandı. Kilsә әnәnәsinin rәdd etdiyi tәlimlәr bidәt kimi mәhkum olunur, onların rәhbәrlәri vә davamçıları lәnәtlәnir (anafema) vә sürgünә göndәrilirdi. Ortodoksluqla (düzgün fikir) bidәt arasında dәqiq sәrhәdin müәyyәnlәşdirilmәsi çox vaxt ifrat formada olurdu vә müxalif cәrәyanların rәsmi (“kafolik”) X.-dan qopması ilә nәticәlәnirdi. Ariçilik 4–7 әsrlәrdә german xalqları (qotlar, vandallar, lanqobardlar) arasında yayıldı, nәsturilik 5–7 әsrlәrdә tәdricәn İrandakı suriyadilli Şәrq Kilsәsindә möhkәmlәndi, monofizitlik isә 5–6 әsrlәrdә qәrbi suriyalılar, qibtilәr, efioplar arasında populyarlaşdı. Bu dövrdә rahiblik meydana gәldi vә sürәtlә inkişaf etdi, kilsә inzibati quruluşu vә 5 patriarxlıq sistemi formalaşdı. X. Qәrbi Avropanın “barbar” xalqları (İrlandiya, İngiltәrә, Almaniya) arasında, Aksumda (4 әsr), Gürcüstan vә Qafqaz Albaniyasında (4 әsr), Nubiyada (6 әsr) yayıldı, Hindistana vә Çinә çatdı. 7 әsrdә X. daxili çәkişmәlәrә rәğmәn dünya dinlәri arasında üstün mövqe qazansa da, islamın meydana gәlmәsi ilә vәziyyәt kәskin şәkildә dәyişdi.
    Orta әsrlәr dövrü (9–15 әsrlәr) islam dünyasının X.-a güclәnәn tәsiri, elәcә dә Qәrbi vә Şәrqi Avropa xristianları arasında parçalanmanın dәrinlәşmәsi ilә sәciyyәlәnir. 7–8 әsrlәrdә әrәb istilaları Şәrqi Roma imperiyası (Bizans) әrazilәrinin azalması ilә nәticәlәndi, Yaxın Şәrq, Şimali Afrika vә İspaniya Xilafәtin hakimiyyәti altına düşdü. Şәriәt qanunları X.-ı xristianlar tәrәfindәn “tәhrif edilmiş” vәhy dini kimi müәyyәnlәşdirir, xristianları bәzi şәrtlәr altında himayәyә almaqla onların müsәlmanlara tabe olmasını vacib bilirdi (bax Zimmilәr). Qәrbi Avropada siyasi institutların deqradasiyası şәraitindә siyasi hakimiyyәtә iddia edәn papalığın rolu güclәndi (bax Roma papası) vә bu da son nәticәdә Bizansla sәlib yürüşlәrinin iştirakçıları arasında münaqişәni dәrinlәşdirәrәk, Roma ilә Konstantinopol arasında kilsә parçalanmasına (1054), dördüncü sәlib yürüşü zamanı isә Konstantinopolun qarәt olunmasına (1204) gәtirib çıxardı. Kilsә uniyasına nail olmaq cәhdlәri (Lion, 1274; Florensiya, 1439) doqmatik, ayini vә digәr ziddiyyәtlәri hәll etmәdi. Avropa latın (katolik) vә yunan (pravoslav) X.-ına parçalandı, sonuncunun tәsir dairәsinә Şәrqi Avropa ölkәlәri (Polşa, Çexiya, Macarıstan vә Xorvatiyadan başqa) vә Rus dövlәti daxil oldu. 15 әsrdә әksәr pravoslav dövlәtlәri, o cümlәdәn Bizans (1453) Osmanlı imperiyasının hakimiyyәti altına düşdüyünә görә, pravoslav dünyasında liderlik Rus dövlәtinә keçdi. İntibah dövründә Avropada bütpәrәst antik sivilizasiyaya dayaqlanan vә bir çox cәhәtlәri ilә X.-a yad olan humanizm ideyaları yayıldı.
    Yeni dövr (16–19 әsrlәr) qәrbi X.-ın dәrin böhranı ilә әlamәtdar oldu. Əvvәllәr inkvizisiyanın kömәyi ilә yatırılan qeyrikilsә dini hәrәkatları nәzarәt altından çıxaraq, milli elitaların dәstәyini qazandı. Nәticәdә Reformasiya gedişindә protestantlar adını almış müxtәlif tәriqәtlәr (bax Lüteranlıq, Kalvinizm, Anqlikan kilsәsi, Anabaptistlәr) Roma-katolik kilsәsindәn ayrıldı. Avropa әksreformasiyadan vә dini müharibәlәrdәn sonra katolik vә protestant regionlarına parçalandı. Bu parçalanma müstәmlәkә ölkәlәrinә, ilk növbәdә X.-ın başlıca dinә çevrildiyi Cәnubi vә Şimali Amerikaya da aparıldı. Sekulyarlaşma Maarifçilik ideyaları әnәnәvi dini institutları daha da zәiflәtdi, Açıq şәkildә X.-ın әleyhinә gedәn ideya cәrәyanları meydana gәldi. Fransada dexristianlaşma (1790-cı illәr) din xadimlәrinin qәtlә yetirilmәsi vә dini mәbәdlәrin dağıdılması ilә nәticәlәndi.
    Ən yeni dövr (20–21 әsrlәr) getdikcә güclәnәn dexristianlaşma ilә sәciyyәlәnir. Rusiyada 1917 ildәn dexristianlaşma prosesi radikal xarakter aldı, kütlәvi repressiyalarla vә ateizmin dövlәt sәviyyәsindә tәbliğatı ilә müşayiәt olundu. Ekumen hәrәkatı vә Ümumdünya kilsәlәr şurası (1961), katolisizmdә islahatçı hәrәkat, pravoslavlıqda Ümumpravoslav kilsә mәclisi ideyası vә dinlәrarası dialoqlar yeni çağırışlara sistemli cavab vә xristianların parçalanmasını önlәmәk cәhdlәridir.
    Dini tәlim. İslam vә iudaizm kimi X.-ın da әsasını mütlәq xeyir, mütlәq bilik vә mütlәq qüdrәt sahibi, sәbәbini özündә olan, bütün canlı vә cansız varlıqların yaradıcısı olan tәk Allah ideyası tәşkil edir: Allah hәr şeyi heç nәdәn yaratmışdır, onun bu dünyaya ehtiyacı yoxdur vә dünyanı hәr hansı zәruri proses gedişindә deyil, azad iradә aktının tәcәssümü kimi yaratmışdır. Mütlәqin Bibliya әnәnәsinә xas olan fәrdi anlamı X.-da yeni sәviyyәyә yüksәlmiş, islamdan vә iudaizmdәn mühüm fәrqi tәşkil edәn iki mәrkәzi ehkamda – üç üqnumda (bax Üç üqnum) vә Allahın tәcәssümündә ifadә olunmuşdur. Üç üqnum ehkamına görә, Allahın daxili hәyatı üç tәcәssümünün, yaxud Simasının – Atanın (yaradıcısı olmayan ilk başlanğıc), Oğulun, yaxud Loqosun (mәnayaradıcı vә formalaşdırıcı prinsip) vә Müqәddәs Ruhun (“hәyatverici” prinsip) şәxsi münasibәtindәn ibarәtdir. Oğul Atadan “doğulur”, Müqәddәs Ruh Atadan (pravoslavlıqda), yaxud Ata vә Oğuldan (katolik tәlimә görә) “törәyir”, lakin “doğulma” vә “törәmә” müәyyәn zaman daxilindә deyil, әbәdilik daxilindә baş verir: hәr üç Sima hәmişә mövcud olmuş vә dәyәrlәrinә görә bәrabәrdirlәr. X. dini tәlimi Simaları qarışdırmamağı vә ayırmamağı tәlәb edir; X.-dakı üç üqnumun digәr din vә mifologiyalardakı üçlüklәrlә (mәs., hinduizmdәki trimurti) müqayisәdә spesifik cәhәti Mahiyyәt vә tәcәssüm sәviyyәlәrinin dәqiq sәrhәdlәrini müәyyәn etmәsindәdir. Üç üqnumun tәcәssümlәri vahid şәxssiz ünsürün bir-birini qarşılıqlı әvәzlәyәn oxşarı, yaxud maskası deyil, onlar bir-birinә qarışmırlar, şәxsi müstәqilliklәrini qoruyub saxlayırlar, lakin mәhz şәxsiyyәt kimi bir-birindәn “ayrılmazdırlar” vә “eyni mahiyyәtlidirlәr”, yәni onları birlәşdirәn sevgidә bir-biri üçün mütlәq şәffafdırlar. Varlıq iyerarxiyasının aşağı pillәlәrindә bu sevginin analogiyası insan “tәcәssümlәri”, insan şәxsiyyәtlәri arasındakı sevgidir.
    Allah vә insan arasında vasitәçi obrazı müxtәlif dinlәrә vә mifologiyalara mәlumdur. Lakin Mәsih yarımallah, yәni Allahdan aşağı, insandan yuxarı olan aralıq varlıq deyil: Allahın tәcәssümü ehkamına әsasәn O, öz şәxsi vahidliyindә bütün ilahi vә bәşәri tәbiәtin tamlığını birlәşdirir. Xalkidon kilsә mәclisinin (451) “bir-birinә qarışmayan vә ayrı olmayan” şәklindә paradoksal formulu ilahi vә bәşәri olanın, transsendent vә immanent olanın X. üçün universal münasibәtlәr sxemini verir. Allahın tәcәssümü yalnız bir dәfә vә tәkrarsız baş verәn hal kimi başa düşülür, hәr hansı әbәdi yenidәndoğulmalara, bütpәrәst vә şәrq mistikasına xas digәr atributlara yol verilmir. “Mәsih bizim günahlarımıza görә yalnız bir dәfә öldü, dirilәndәn sonra isә bir daha ölmür!” tezisini Avqustin pifaqorçu doktrinaya qarşı irәli sürmüşdür. Zamanın fövqündә olan hadisәnin tәhkim edildiyi konkret tarixi zamanın әhәmiyyәti buradan irәli gәlir.
    Allahın insanlar arasına enmәsi olan “kenosis” (yun. κένωσις – tükәnmә, alçalma) insanların bu dünyada özünü tanıması üçün etik norma yaradan azad ilahi sevgi vә tәvazö aktı kimi başa düşülür. Yәni Mәsih nәinki insan mövcudluğunun ümumi tәbii şәrtlәrini, hәm dә әn xoşagәlmәz sosial şәrtlәri xüsusi olaraq onunla bölüşür. O, “qәddar vә mәnfur zülm”ә uğrayaraq, qamçılanmalardan vә döyülmәlәrdәn sonra “qul” kimi ölür (bu cür әziyyәt vә müdafiәsizlik cizgilәri daha öncә Əhdi Ətiqin obrazlar sistemindә mövcud idi: Zәbur nәğmәlәrindәki zahidin әziyyәtlәri motivi vә insanlar tәrәfindәn rәdd edilmiş “qul Yәhva” fiquru). Bundan әlavә, Allahın Mәsihdәki “kenosis”i o qәdәr dәrinә gedir ki, o, hәlledici mәqamda öz qәlbindә müdafiәedici stoik ataraksiyasından mәhrum olur vә ölüm qorxusu, hәmçinin Allah tәrәfindәn tәrkedilmişlik qüssәsi ilә mübarizә aparmaq mәcburiyyәtindә qalır.
    X.-da insanın vәziyyәti son dәrәcә ziddiyyәtli düşünülmüşdür. İnsan Allahın “surәti vә bәnzәri” kimi yaradılmışdır; insanın bu ilkin vәziyyәtindә vә onun haqqında Allah düşüncәsindә mistik lәyaqәt yalnız insan ruhuna (antik idealizmdә, qnostisizmdә vә maniçilikdә olduğu kimi) deyil, hәm dә bәdәninә mәxsusdur. Lakin ilkin günah (ilk insanların Allah buyruğundan çıxması aktı, bax İlkin günah) insanın Allaha bәnzәrliyini dağıtmış vә bundan sonra Allah tәcәssümü zәrurәtә çevrilmişdir: “İnsan Allaha necә daxil olacaq, әgәr Allah insana daxil olmasa?” – deyә Lionlu İriney soruşur. Bununla mövcudluğu sanki şaquli şәkildә Allaha doğru “açıq” vәziyyәtdә düşünülәn insanın “allahlaşdırılması” üçün önşәrtlәr yaradılmışdır. Mәsih günaha qalib gәldi, insanların günahını “yudu”, işgәncәni vә әzablı ölümü qәbul etmәklә onları şeytanın әsirliyindәn azad etdi (xaçın üstündәki ölüm obrazı xristian simvolikasının emosional vә ideya mәrkәzidir). X. öz-özlüyündә mәqsәd kimi deyil (insanın mәqsәdi әzabdan azad olan cәnnәt xoşbәxtliyidir), dünyadakı şәrlә mübarizәdә әn güclü silah kimi әzabın paklandırıcı rolunu yüksәk qiymәtlәndirir: yalnız “öz xaçını daşımaqla” insan öz içindәki vә әtrafındakı şәrә qalib gәlә bilәr. Allahın insana enmәsi eyni zamanda insanın Allaha doğru yüksәlmәsi tәlәbidir; Allah tәrәfindәn tәbii dünya düzәninә nüfuz edilmәsi insana müraciәtlәnmiş çağırışdır – ondan da fövqәlinsani davranış gücü ilә Allaha doğru nüfuzetmә gözlәnilir: insan yalnız Allaha itaәt vә onun әmrlәrini icra etmәmәlidir, o hәm dә özünü dәyişmәli vә “allahlaşmalı”dır. Əgәr o, bu vәzifәni yerinә yetirmәsә vә Mәsihin özünü qurban vermәsini doğrultmasa, әbәdi mәhv olacaq: әzәmәt vә mәhvolma arasında orta yer yoxdur.
    Xristiana istәnilәn vәziyyәtdә özünü haqlı hesab etmәk qәti qadağan edilmişdir vә X. özünü günahkar görmәyin tamamilә bәnzәrsiz mәdәniyyәtini yaratmışdır. İnsanın mәhz öz qüvvәlәrinә inamını tam itirdiyi hәlledici vәziyyәtdә Allahın bәrәkәti verilir. M.Lüterә görә, “Allah alçaldılmışların, әzabkeşlәrin, yoxsulların, istismar olunanların vә tamamilә heçә çevrilmişlәrin Allahıdır vә onun tәbiәti alçaldılmışları ucaltmaqda, acları doyurmaqda, cahillәri maariflәndirmәkdә, әzabkeşlәrә vә yoxsullara tәsәlli vermәkdә, günahkarlara bәraәt qazandırmaqda, ölülәri diriltmәkdә, hәyatdan bezәnlәri vә mәhkum olunanları xilas etmәkdә vә s.-dәdir. Çünki o hәr şeyә qüdrәti çatan vә heç nәdәn hәr şeyi yaradan Yaradıcıdır”. İnsanın xilas olması üçün o, özünün heçliyini görmәli vә mütilik aktında hәmin heçliyini Allaha açmalı vә bir zamanlar heçdәn dünyanı yaratdığı kimi, hәmin heçdәn “ruhi nemәtlәr” yaratmaq işini ona buraxmalıdır.
    Xristian düşüncәsinә görә, insanın istәnilәn zahiri rifahı onun metafizik alçalmasına yalnız kölgә salır vә әksinә, hәr bir zahiri alçalma gizli әzәmәtin arzulanan zәmini ola bilәr. Orta әsrlәr X.-ı üçün sәciyyәvi olan könüllü yoxsulluq, sәrgәrdanlıq, susqunluq, zahidlik vә s. kultları da buradan qaynaqlanır. X. nöqteyi-nәzәrindәn insanın bu dünyadakı arzulanan vәziyyәti stoik, yaxud buddist müdrikin xәstәlikdәn uzaq rahat halı, ruhi hissiyyatsızlıq deyil, әksinә, “rahatsız ürәk”, öz-özü ilә mübarizә gәrginliyi vә başqaları üçün әzabkeşlikdir.
    X.-ın Müqәddәs ayinlәri vardır. Bütün xristian konfessiyaları tәrәfindәn tanınan Müqәddәs ayinlәrdәn әn mühümlәri xaç suyuna salma (irsi günahkarlığın qarşısını almaq mәqsәdi daşıyır) vә Yevxaristiyadır (dindarla Mәsihi birlәşdirmәk, Mәsihin “onun içindә yaşamasına” nail olmaq mәqsәdi daşıyır vә Mәsihin bәdәnini vә qanını simvolizә edәn çörәk parçasının yeyilmәsi, şәrabın içilmәsi ilә müşayiәt olunur). Pravoslavlıq vә katolisizm protestantizmin rәdd etdiyi daha 5 müqәddәs ayini tanıyır: dindarlara “miro” әtirli maddәsinin çәkilmәsi ayini Müqәddәs Ruhun mistik nemәtlәrinin ötürülmәsini simvolizә edir vә xaç suyuna salma ayinini yekunlaşdırır; tövbә; keşişlik (din xadiminin dindarları öyrәtmәk vә nәsihәt vermәklә yanaşı, hәm dә müqәddәs ayinlәri yerinә yetirmәk sәlahiyyәti verәn ruhani rütbәsinә yüksәldilmәsi); Mәsihin kilsә ilә mistik nikahında iştirak etmәk kimi başa düşülәn nikah ayini; zeytun yağı çәkmә (xәstәnin bәdәninә zeytun yağı çәkilir vә dualarla müşayiәt olunaraq, onun hәyata qaytarılması üçün sonuncu vasitә, hәmçinin ölümqabağı yolasalma kimi qәbul edilir). X.-da müqәddәs ayinlәr vә asketizm etikası bir-birilә әlaqәlidir: sonuncusu buddist, maniçilik, yaxud stoik asketizmindәn fәrqli olaraq, yalnız ruhun bәdәndәn azad olması deyil, idealda bәdәnin özünün paklanması vә ziyalanması, onun esxatoloji aydınlanma vәziyyәtinә keçmәsi mәqsәdinә xidmәt edir. Asketizm idealı cismani olaraq Allahın dәrgahına qәbul edilmiş Mәryәm Anadır. Müqәddәs ayinlәrin zәif olduğu protestantizm üçün asketik idealın aradan qalxması sәciyyәvidir (rahibliyin lәğv olunması vә s.).
    X.-da ontoloji olaraq Allahın mahiyyәti kimi mәnalandırılan sevgi (“Allah sevgidir” – Yәhyanın I mәktubu, 4:8) eyni zamanda etik planda insana әn ali әmr kimi buyurulur vә qәdim dövrdәn müasir xristian sosializminә vә solçu katolik hәrәkatlarınadәk әhәmiyyәtli dәrәcәdә dәyişikliyә uğramış, lakin әvvәlki dini-etik strukturunu qoruyub saxlamış xristian sosial utopiyasının әsasını tәşkil edir. Bu o demәkdir ki, cәmiyyәtin hәr bir üzvü sevgiyә görә bütün disharmoniyanı öz üzәrinә götürmәli vә bununla onu “yumalı”dır. Lakin bunun üçün insanları doğmalara vә yadlara, dostlara vә düşmәnlәrә bölmәyәn, әn yüksәk fәdakarlıq vә zahidliklә eyni mәna kәsb edәn әsl xristian sevgisi (άγάπη) tәlәb olunur. Bu sevgi özünün әhatә dairәsinә görә hәtta etikanın hüdudlarını aşır, çünki insanları yaxşıya vә pisә bölmür: nümunә kimi Allahın “günәşi hәm pislәrin, hәm dә yaxşıların üzәrinә doğurması, yağışı hәm salehlәrin, hәm dә saleh olmayanların üzәrinә yağdırması” әmri (Matta, 5:45) göstәrilir. Belә sevgi şәxsi maraq olaraq bu hissdәn, hәmçinin özünü sevmәkdәn, başqalarında “sәnә” mәxsus olandan imtina etmәyi nәzәrdә tutur, öz doğmalarına vә şәxsi hәyatına “nifrәt bәslәmәk” (Luka, 14:26) kimi paradoksal tәlәbdә, yәni özünü dәf etmәkdә ifadә olunur. X. istәnilәn milli, etnik, ailә, yaxud digәr “orqanizm”ә mәnsubluğun, müәyyәn kollektiv orqanizm pәrdәsi altında gizlәnmәnin yerinә özündәn keçmәklә nail olunan büsbütün şәffaflıq idealını qoyur. İstәnilәn insan kollektivindә xristianlar “gәlmә vә qәribdirlәr” (Peterin I mәktubu, 2:11), anonim erkәn xristian abidәsi olan “Dioqnetә mәktub”da deyildiyi kimi, onlar “yerdә sakinliyә, lakin göylәrdә vәtәndaşlığa malikdirlәr”. Antik vә tәndaşlıq idealına bundan daha sәrt әks mövqe tәsәvvür etmәk çәtindir. “Tәbii” әlaqәlәrdәn çıxmış insanlar hәlә erkәn zamanlardan ayrılan (bakirәlәr, müdriklәr), 4 әsrdәn isә rahiblik institutuna çevrilәn xristian elitasını tәşkil edirlәr. Rahiblәr kollektivi ilk xristian nәzәriyyәçilәri tәrәfindәn köhnә ictimai normaların lәğv olunduğu vә xristian utopiyasının reallaşması üçün imkanların yarandığı antisosium kimi nәzәrdәn keçirilirdi. Monastırı vicdansız vә mәnәviyyatsız cәmiyyәtdә vicdan vә mәnәviyyat sığınacağı kimi xәyal edәn ilk xristian müqәddәslәrinin arzuları sonralar insanlar arasındakı parçalanmanın mәnbәyi kimi xüsusi mülkiyyәtә nifrәt bәslәyәn erkәn fransiskçilәrdә canlandı.
    Lakin X. yalnız bu dünyadan uzaqlaşmaq dini deyil, hәm dә onda fәaliyyәt göstәrmә dinidir vә onun mәrkәzi ideyası rahiblik ilә yox, bütünlükdә icma, Kilsә ilә bağlıdır. X. rahiblik institutu olmadan mövcud ola bilәr (ilk 3 әsrdә onsuz mövcud olmuşdur vә protestantizm indi dә onsuzdur), lakin Kilsә ideyası olmadan mövcud ola bilmәz, belә ki, kilsә yalnız Allah niyyәtinin yerdәki reallaşması kimi deyil, kollektiv “ortodoksal” tәcrübәnin qoruyucusu qismindә Allah dәrkinin qnoseoloji meyarı kimi mәnalandırılır. X. nöqteyinәzәrinә görә, insan Vәhyi ayrıca fәrd kimi deyil, Kilsәnin hәm diri, hәm dә ölmüş üzvlәri ilә ünsiyyәt daxilindә adekvat dәrk vә qәbul edә bilәr.
    Azәrb.-da X.-ın tarixi eramızın 1 әsrindә hәvarilәr Faddey vә Varfolomeyin Albaniyadakı (Qafqaz) fәaliyyәti ilә bağlıdır. Faddeyin şagirdlәrindәn olan Yelisey Aqvan diyarının Kiş adlı yerindә ilk kilsәni inşa etmişdir. 4 әsrdә Albaniyada X. dövlәt dini elan edilmişdir (bax Alban kilsәsi). Hazırda Azәrb.-da X. pravoslavlıq, katoliklik vә protestantlıq qolları, habelә müxtәlif sektalarla tәmsil olunur. Ətraflı mәlumat üçün bax “Azәrbaycan” xüsusi cildi, “Din” bölmәsi.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – İBRAHİMOV Eldar Rza oğlu 