XRİSTİANOVİÇ Sergey Alekseyeviç (9.11.1908, Peterburq – 28.4.2000, Moskva) – mexanika sahәsindә rus alimi. SSRİ EA akad. (1943; m. üzvü 1939). Sosialist Əmәyi Qәhrәmanı (1969). SSRİ Dövlәt mükafatı laureatı (1942, 1946, 1952). Leninqrad Dövlәt Un tini bitirdikdәn sonra (1930) Dövlәt Hidrologiya İn-tunda (1930–35), Mәrkәzi Aerohid rodinamika İn-tunda (1937–53), SSRİ EA Kimyәvi fizika İn-tunda (1956–57) çalışmışdır. SSRİ EA Sibir şöbәsinin sәdr müavini (1957–1961), Nәzәri vә Tәtbiqi Mexanika İn-tunun direktoru (1957–65) olmuşdur (2005 ildәn onun adını daşıyır). 1965–1972 il lәrdә Ümum ittifaq Fizika-Texniki vә Radiotexniki Ölçülәr İn-tunda, 1972–88 illәrdә ildәn SSRİ EA Mexanika Problemlәri İn-tunda çalışmışdır. Elmi tәdqi qatları maye, qaz vә deformasiya olunan bәrk cisim mexanikası, çay hidravlikası, filtrasiya nәzәriyyәsi, aero dinamika vә qaz dinamikası, energetika, plastiklik nәzәriyyәsinә aiddir. X. qaz ejektorlarının hesablanması nәzәriyyәsinin әsaslarını tәklif etmiş, transsәs vә ifratsәs sürәtli qaz axınını tәdqiq etmiş, layların hidravlik yarılması nәzәriyyәsini vә s. işlәyib hazırlamışdır. O, SSRİ-dә ilk transsәsli aerodinamik boruların yaradılması işinә rәhbәrlik etmişdir (1944–1947). SSRİ-nin atom layihәsindә iştirak etmişdir (1945–1953). 6 Lenin ordeni, digәr orden vә medallarla tәltif olunmuşdur.











