XRİSTİÁNSEN Georgi Borisoviç (31.5.1927, Moskva – 4.8.2000, Moskva) – rus fiziki, REA akad. (1977). Lenin mükafatı laureatı (1982). MDU-nun fizika fakültәsini bitirdikdәn sonra (1949) MDU vә D.V.Skobeltsın ad. Nüvә fizikası ETİtunda işlәmişdir (1969 ildәn prof.); laboratoriya müdiri (1961 ildәn, 1980 ildәn – ifrat yüksәkenerjili zәrrәciklәr şöbәsi). Geniş atm. sellәri (GAS) metodu ilә ifrat yüksәkenerjili kosmik şüaların tәdqiq etmişdir. S.N.Vernov ilә birgә GAS-ın tәdqiqi üçün unikal qurğu işlәyib yaratmış (1950) vә bu qurğunun kömәyilә kosmik şüaların spektrindә tәqr. 3·1015eV enerjilәrdә sınığın (yarığın) olmasını kәşf etmişdir.










