XRİZOBERİL (yun. χρυσός – qızıl + beril) – mineral – BeAl2O4. Rombik sinqoniyada kristallaşır. Lövhәcik, qısa prizmatik formalı kristallar әmәlә gәtirir. X. üçün ikilәşmә vә üçlәşmәlәr xarakterikdir. Rәngi sarımtıl, sarımtıl-yaşıl olur. Zümrüdü-yaşıl (süni işıqda bәnövşәyi qırmızı) xromlu X. aleksandrit, sürmәyi çalarlı, qızılı-sarı X. simofan adlanır. Şüşә parıltılıdır. Sәrtliyi 8,5; sıxlığı 3600–3840 kq/m3. Qranit peqmatitlәrindә vә aplitlәrdә, bәzәn dolomitli mәrmәrdә tapılır. Sәpintilәrinә Myanmada, Şri-Lankada tәsadüf edilir. Şәffaf növlәri qiymәtli daşdır.

Xrizoberil.










