XRİZOMONADAKİMİLƏR (Chrysomo nadales) – qızılı yosunlar sırası vә ya sinfi (bәzi tәsnifat sistemlәrindә). Mikroskopik birhüceyrәli orqanizmlәr olub, 1–2 qamçıya malikdir, hәrәkәtli vә yayapışmış, çox vaxt koloniya şәklindә olur. Bәzi X.-in bәdәni bәrk qişadan mәhrumdur vә formasını dәyişmәk qabiliyәtinә malikdir, digәrlәrindә o, pulcuqlardan ibarәt zirehlә örtülmüşdür vә ya evcikdә yerlәşir. Avtotrof qidalanma ilә yanaşı әksәr X. heterotrofdur. Bәzi X. rәngsizdir. X.-in 70 cinsi vә 500 növü mәlumdur, әksәriyyәti şirin sularda yaşayır. X.-in kütlәvi çoxalması çox vaxt suyun xoşagәlmәz iyi ilә müşayiәt olunan “çiçәklәnmәsinә” sәbәb olur. X.-in bәzi növlәri suyun çirklәnmә dәrәcәsinin indikatorlarıdır.










