Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - İBRAHİMOV Eldar Rza oğlu )
    XROM 
    XROM (lat. Chromium), Cr – kimyәvi element; dövri sistemin qısa formasının VI qrupundadır (uzun formasının 6-cı qrupundadır); at n. 24; at.k. 51,9961; keçid elementlәrinә aiddir. Tәbiәtdә 4 stabil izotopu var: 50Cr (4, 35 %), 52Cr (83,79), 53Cr (9,50), 54Cr (2,36); 20-dәn çox radioizotopu süni yolla alınmışdır.
    Tarixi arayış. X.-u 1797 ildә L.Voklen krokoit mineralında − tәbii qurğuşun xromatda PbCrO4 kәşf etmişdir. Element adını yun. χρωμα − rәng, boya sözündәn götürülmüşdür (birlәşmәlәri müxtәlif rәng dә olduğuna görә).
    Tәbiәtdә yayılması. Yer qabığında X.-un kütlәcә miqdarı 0,0122%, dәniz vә okean sularında 2∙10-5mq/l-dir. X.-un 40-dan çox mineralı mәlumdur. Onlardan xromu ayırmaq üçün yalnız xromit FeCr2O4, daha dәqiq xromşpinelidlәrdәn
    (Mg, Fe)(Cr, Al, Fe)2O4 istifadә olunur. X. bir sıra mineralların tәrkibinә daxildir: xrom mikası (muskovitin xrom saxlayan növü), xrom vezuviana Ca10Al4(Mg,Fe,Cr)3(SiO4)5(Si2O7)2(OH,F), xromdiopsid Ca(Mg,Cr,Al)[(Si,Al)2O6], xromlu qranat Ca3Cr2(SiO4)3 (uvarovit), volkonskoit Cr2Si4O10(OH)2nH2O vә s.; bunlar çox vaxt filizlәri müşayiәt edir, lakin sәnaye әhәmiyyәti kәsb etmirlәr (bax hәmçinin Xrom filizlәri). Ekzogen şәraitlәrdә X. dәmir kimi, asılqan şәkildә miqrasiya edir vә gillәrdә yığıla bilir.
    Xassәlәri. X. atomunun xarici elektron tәbәqәsinin konfiqurasiyası 3d54s1; birlәşmәlәrdә +2,+3,+6, nadir hallarda +4, +5 vә +1 oksidlәşmә dәrәcәsi göstәrir; Cr0→Cr+→Cr2+→Cr3+→Cr4+→Cr5+→Cr6+ keçidlәrindә ionlaşma enerjisi 652,7; 1592; 2987; 4740; 6690 vә 8738 kC mol; elektrona hәrisliyi 64,3 kC mol; Polinqә görә elektomәnfiliyi 1,66; atom radiusu 124,9pm, ion radiusları (pm, mötәrizәlәrdә koordinasiya әdәdlәri göstәril mişdir): Cr2+ üçün 73 (aşağı spin halı) vә ya 80 (yuxarı spin halı), Cr3+ 61,5 (6), Cr4+ 55 (6), Cr5+ 34,5 (4) vә 49 (6), Cr6+ üçün 26 (4) vә 44 (6). X. göyümtül-ağ metaldır; kristal qәfәsi hәcmә mәrkәzlәşmiş kubdur; tәr.1900°C, tqayn.2690°C; sıxlığı 7190kq m3; para maqnitdir, 312 K-dә antiferromaqnit hala keçir. Kövrәkdir, 200–250°C-dәn yuxarı temp-rda plastik halda olur. Cr3+⁄Cr°cütü üçün standart elektrod potensialı −0,74V-dur.
    X. otaq temp-da hava vә suyun tәsirinә davamlıdır, 300°C-dә oksigendә yanaraq Cr2O3 әmәlә gәtirir. H2 ayırmaqla xlorid vә duru sulfat turşusu ilә reaksiyaya girir. Qatı HNO3, HclO4, H3PO4-dә vә oksidlәşdiricilәrin tәsiri ilә asanlıqla passivlәşir. Passiv lәşmiş X. çox davamlıdır. Qәlәvilәrlә sulu mәhlulda qarşılıqlı tәsirdә olmur, әrintidә H2 ayrılmaqla reaksiyaya çox yavaş girir. Flüor 350°C-dәn yuxarı temprda Cr-a tәsir edir. X. quru xlorla 300°Cdәn yuxarı temp-rda, nәmli xlorla 80°C-dә reaksiyaya girir. X. brom vә yodla qırmızı közәrmә temp-runda qarşılıqlı tәsir dә olur. Hidrogenlә birbaşa reaksiyaya girmir, lakin metalabәnzәr CrH vә CrH2 hidridlәrini elektroliz yolu ilә almaq olar; qızdırıldıqda onlar asanlıqla H2-ni itirirlәr.
    CrN vә Cr2N kimi nitridlәri Cr vә N2-nin birbaşa qarşılıqlı tәsirindәn vә ya X.-un NH3 ilә reak siyasından (tәqr. 850°C-dә) alınır. Nitridlәr, xüsusәn CrN yüksәk kimyәvi davamlığa malikdir; onlar bәrk әrintilәrin komponentlәri, katalizatorlar, CrN termoelektrik generatorlar üçün yarımkeçirici material kimi istifadә edilir. X.-un B, C, Si ilә әridilmәsindәn müvafiq olaraq boridlәr, karbidlәr vә silisidlәr әmәlә gәlir; bәrk, hәrarәtәdavamlı әrintilәrin, yeyilmәyә vә kimyәvi davamlı örtüklәrin komponenti kimi istifadә olunur. X. kükürdlә reaksiyaya girәrәk müxtәlif tәrkibli sulfidlәr әmәlә gәtirir; selenlә (tellurla) әridildikdә selenidlәr (telluridlәr) alınır.
    Davamsız CrO oksidi dolayı üsullarla alınır. CrO vә ona uyğun az hәll olan hidroksid Cr(OH)2 әsasi xassәyә malikdir. Daha davamlı Cr2O3 X.-un duzlarının vә digәr oksidlәrinin termiki parçalanması ilә alınır. Bu oksidә uyğun az hәll olan Cr(OH)3 vә CrO(OH) (metahidroksid) tәrkibli amfoter hidroksidlәr turşularla akvakomplekslәr [Cr(H2O)6]3+, qatı qәlәvilәrlә hәll olan hidrok sokomplekslәr [Cr(OH)6]3- әmәlә gәtirir. Uçucu vә hiqroskopik CrO3-ün su ilә qarşılıqlı tәsirdәn qüvvәtli xromat turşusu H2CrO4 alınır, turş mühitdә dixromat turşusuna H2Cr2O7 çevrilir (bax hәmçinin Xrom oksidlәri, Xromatlar).
    Cr (II)-nin birlәşmәlәri davamsızdır vә havada asanlıqla oksidlәşir. Onların sulu mәhlulları yalnız inert atmosferdә dәyişilmәdәn qalır. Cr(III)-ün birlәşmәlәri daha davamlıdır. Duzlarının sulu mәhlullarında vә kristallarında Cr(III) kationu bәnövşәyi akvakompleks [Cr(H2O)6]3+ şәklindә mövcuddur. Su molekullarının bir hissәsinin yerinә duzların anionları koordinasiya olunduqda, onların izomerlәri olan yaşıl rәngli komplekslәr әmәlә gәlir. Cr(III)-ün koordinasiya әdәdi 6 olan vә oktaedrik konfiqurasiyalı çoxlu möhkәm komplekslәri mәlumdur (halogenidli, sianidli, sulfatlı, oksalatlı vә s.). Komplekslәrin polinüvәli formaları xarakterikdir. Cr (IV)-ün birlәşmәlәri sayca azdır, bu sadә vә kompleks halogenidlәrdir; Cr(VI) çox saylı xromatlar әmәlә gәtirir. Cr(VI)-nın birlәşmәlәri qüvvәtli oksidlәşdiricilәrdir.
    Alınması. Metallik X. alümotermiki vә ya silisiumtermiki üsulla Cr2O3-dәn istehsal olunur. Cr2O3-ün pirometallurji reduksiyasından alınan mәhsulda qarışıq kimi karbon olur. Tәmiz X. CrO3-ün sulfat turşusunda mәhlullarının vә ya xrom-ammonium zәylәrinin (NH4)Cr(SO4)2 mәhlullarının elektrolizi ilә alınır. X. qızdırılaraq hidrogenlә işlәnәrәk, vakuumlu distillә, zonalı әritmә, yodla saflaşdırma yolu ilә dәrin tәmizlәnir.
    Xrom filizlәrinin elektrik sobalarında reduksiyaedici әritmә yolu ilә birbaşa emalından qara metallurgiyanın çoxtonnajlı mәhsulu olan tәrkibindә 60−70% Cr olan ferro xrom alınır.
    Tәtbiqi. X. metallurgiyada (әsasәn poladların, xüsusilә paslanmayanların komponenti kimi), korroziyaya davamlı vә mexaniki möhkәm xromlu örtüklәrin alınması üçün tәtbiq edilir. X. birlәşmәlәri odada vamlı materiallar, piqmentlәr, dәri aşılayıcıları, boyamada rәngab, reaktivlәr, maqnitli materiallar kimi istifadә olunur. İstifadә sahәlәrinin nisbәti: metallurgiya 75%, odadavamlı materiallar 10%, başqa sahәlәr 15%.
    Metallik X. az zәhәrlidir. Cr (VI)-nın birlәşmәlәri yerli vә ümumi zәhәrlәyici tәsirә malikdir, tәnәffüs orqanlarını, dәrini, selikli qişanı, mәdә-bağırsaq traktını zәdәlәyir.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – İBRAHİMOV Eldar Rza oğlu 