XROM OKSİDLƏRİ − xromun müxtәlif oksidlәşmә dәrәcәlәrinә uyğun gәlәn, oksigenlә kimyәvi birlәşmәlәri. Xrom (II) oksidi CrO (xrom monooksid) qırmızı kristal vә ya qara pirofor tozdur; havada davamlıdır, suda hәll olmur, 100°C-dәn yuxarıda oksidlәşir. HCl-la reaksiyaya girәrәk H2-ni çıxarır, duru HNO3 vә H2SO4-lә qarşılıqlı tәsirdә olmur. [Cr(CO)6]-nın termiki parçalanmasından alınır. Karbohidrogenlәri O2-dәn tәmizlәmәk üçün adsorbent kimi istifadә edilir.
Xrom (III) oksidi Cr2O3 (seskvioksid) (tәbiәtdә eskolait mineralı) korund tipli quruluşa malikdir, açıq-yaşıl toz vә ya demәk olar ki, qara kristal maddәdir, suda hәll olmur, qәlәvilәrin mәhlulları ilә reaksiyaya girmir, uzun müddәt qızdırıldıqda qüvvәtli turşularda hәll olur. KNO3 vә KclO3 әrintisindә oksidlәşir, qәlәvilәrin әrintilәrindә havanın oksigeni ilә xromatlara qәdәr oksidlәşir. Cr(OH)3, CrO3 vә ya (NH4)Cr2O7-nin termiki parçalanmasından alınır. Metallik xromun, xromun karbidlәrinin alınmasında xammal, piqment, üzvi sintezdә katalizator, pardaqlama materialı, oda davamlı materialların, ferritlәrin komponenti kimi istifadә olunur.
Xrom (IV) oksidi CrO2 (xrom dioksid) rutil tipli quruluşda kristallaşır; ferro maqnitdir, metallik keçiriciliyә malikdir; 110°C-dә paramaqnit hala keçir. 510°Cdәn yuxarıda Cr2O3-ә qәdәr parçalanır. Havada davamlıdır, suda uzun müddәt qaynadıldıqda CrOOH vә H2CrO4-ә dispro porsialaşır. HCl-u Cl2-yә qәdәr oksidlәşdirir. CrO3-ün parçalanmasından alınır. Maqnit yazılarının daşıyıcıları üçün işçi maddә kimi istifadә olunur.
Xrom (VI) oksidi CrO3 (xrom trioksid, xrom anhidridi), qırmızı vә ya bәnövşәyiqırmızı kristal maddәdir; uçucudur, azdavamlıdır, otaq temp-runda parçalanmağa başlayır. 360–540°C-yә qәdәr tәdricәn qızdırdıqda CrO2-yә çevrilir. Cox qüvvәtli oksidlәşdiricidir. Hiqrosko pikdir. Suda hәll edildikdә xromat turşuları әmәlә gәtirir, onlar yalnız sulu mәhlulda mövcuddur.
CrO3 vә xromat turşuları dәridә dәrin yanıqlar, dermatit, yara vә sarılıq, bronxial astma, mәdә yarası, böyrәklәrin zәdәlәnmәsini törәdә bilir.










