XROMAFFİN HÜCEYRƏLƏRİ (yun. χρῶμα, yiyәlik hal χρώματος – rәng, boya vә lat. affinis – qohum) – onurğalıların orqanizmindә endokrin hüceyrәlәr; bәdәnin müxtәlif hissәlәrindә, xüsusilә sinir düyünlәri yaxınlığında yığıntılar (paraqanqlilәr) әmәlә gәtirir. Sinir sistemi ruşeymindәn – neyroektodermadan inkişaf edir. X.h. әsasәn katexolaminlәri (adrenalin, noradrenalin vә b.) sintez edib qana ifraz edir. Xromat turşusunun duzlarını çökdürә bilir vә onlarla fiksasiya edildikdәn sonra tünd qәhvәyi rәng alır (adı da buradandır). X.h.-nin әn çox toplandığı yer böyrәküstü vәzilәrin beyin qatıdır.










