Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - İBRAHİMOV Eldar Rza oğlu )
    XROMATİK ABERRASİYA
    XROMATİK ABERRASİYA (yun. chrṓma – rәng; lat. aberrationem – kәnara çıxma) – optik sistemlәrdә müşahidә olunan әsas aberrasiyalardan biri; şәffaf mühitlәrin sındırma әmsalının işığın dalğa uzunluğundan asılılığından irәli gәlir (bax İşığın dispersiyası). İşıq şüalarını sındıra bilәn materiallardan hazırlanmış elementlәrdәn ibarәt bütün optik sistemlәrdә (mәs., linzalarda) X.a. hadisәsi müşahidә olunur. X.a. güzgülәrdә baş vermir, başqa sözlә, güzgülәr a x r o m a t i k d i r.
    X.a. sayәsindә optik sistemlәrdә alınan xәyalların dәqiqliyi azalır vә nәticәdә rәngli zolaqlar, lәkәlәrlә müşayiәt olunan yayılmış, qeyri-kәskin xәyallar alınır. X.a.-nın biri-birindәn asılı olmayan iki növü var: xәyalın yerlәşmәsi ilә bağlı xromatizm (YX; buna uzununa vә ya aksial xromatizm dә deyilir) vә xәyalın böyüdülmәsi ilә bağlı xromatizm (BX; buna eninә vә ya şaquli xromatizm dә deyilir). YX-nin yaranmasına sәbәb uzaqda yerlәşmiş müxtәlif dalğa uzunluqlu şüalardan ibarәt işıq mәnbәyinin әsas optik ox üzәrindә yaratdığı xәyal bir nöqtәyә fokuslanmır vә dalğa uzunluğundan asılı olaraq O1O2 (şәkil) parçası üzәrindә paylanır (yәni, qeyri-monoxromatik işıq şüaları bu parça üzәrindә çoxlu sayda fokus nöqtәlәrinә malik olur).
    YX nәticәsindә xәyalın әmәlә gәldiyi oblast da optik oxa perpendikulyar qoyulmuş ekranda bir işıqlı nöqtә әvәzinә çoxlu sayda rәngli nöqtәlәr müşahidә olunur. Diafraqmadan istifadә edildikdә YX-nın qiymәtini bir qәdәr azaltmaq olur. Sadә halda, YX-ni azaltmaq üçün müxtәlif dispersiyaya malik şüşәlәrdәn hazırlanmış toplayıcı vә sәpici linzaların kombinasiyalarından istifadә edilir. Əgәr linzalar sistemi iki şüanın (mәs., göy vә sarı şüanın) fokus mәsafәlәrinin yaxınlaşmasını tәmin edirsә, belә sistemlәr a x r o m a t i k, üç şüalar üçün a p o x r o  m a t i k, dörd şüalar üçün s u p e r a x r o m a t i k optik konstruksiyalar adlanır. Daha tәkmil axromatiklәrdә әlavә güz gülәrdәn vә linzalar sistemindәn istifadә edilir.
    BX-nin mahiyyәti ondan ibarәtdir ki, müxtәlif dalğa uzunluqlu şüaların formalaşdırdığı xәyalların eninә ölçülәri müxtәlif olur, yәni obyektin xәyalının böyüdülmәsi dalğa uzunluğundan asılı olur. Bu effektin әmәlә gәlmәsinә sәbәb odur ki, optik sistemin
    b a ş m ü s t ә v i l ә r i müxtәlif rәngli şüalar üçün müxtәlif yerlәrdә yerlәşir. BX nәticәsindә cisimlәrin xәyalları rәngli dairәvi zolaqlar şәklindә alınır. Diafraqmaların kömәyilә BX-ni azaltmaq olmur.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – İBRAHİMOV Eldar Rza oğlu 