XROMATİK POLYARİZASİYA – ağ işığın polyarizator, qoşasındırıcı şәffaf lövhә (mühit) vә analizatordan ibarәt optik sistemdәn keçmәsi zamanı polyarlanmış şüaların interferensiyası nәticәsindә rәngli çalarların meydana gәlmәsi. Fransız fiziki Araqo tәrәfindәn 1811 ildә kәşf olunub. Kristallarda vә şәffaf bәrk cisimlәrdә mexaniki gәrginliklәrin tәdqiqi zamanı istifadә olunur.










