Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - İBRAHİMOV Eldar Rza oğlu )
    XROMATİN 
    XROMATİN (yun. χρῶμα, yiyәlik halda χρώματος – rәng, boya) – eukariot hüceyrәlәrin xromosomlarını tәşkil edәn nukleoprotein liflәri. Termini 1880 ildә V.Flemminq (o dövrdә X. adı altında hüceyrә nüvәsinin әsas boyalarla rәnglәnәn maddәsi başa düşülürdü, adı buradan götürülmüşdür) daxil etmişdir. X.-in әsas struktur komponentlәri – DNT (30–45%), histonlar (30–50%) vә qeyri-histon zulallardır (4–33%). X. DNT-nin quruluşunun bir neçә sәviyyәsindәn irәli gәlәn xüsusi struktura malikdir. Birinci sәviyyә sferik hissәciklәrin – n u k l e o s o m l a r ı n formalaşması ilә bağlıdır. Bu zaman DNT-nin uz. 140–160 cüt nukleotiddәn (c. n.) ibarәt olan hissәlәri 8 molekul histondan (H2A, H2B, H3,H4-ün hәr birindәn 2 molekul) tәşkil olunmuş histon korun (özәyin) әtrafına sarılır, nukleosomlar arasındakı hissәlәr – linkerlәr (60 c. n.) isә H1 histonla birlәşir. Belәliklә, DNT-nın uz. 200 c. n. olan hәr bir fraqmentinin payına bir nukleosom düşür; bu zaman DNT-nin yığcamlıq dәrәcәsi 6–7 dәfә artır. İkinci sәviyyә, 6–10 nukleosomun toplanaraq strukturu H1 histonu vasitәsilә stabillәşәn 1–2 min c.n.-i (m.c.n.) әhatә edәn superqlobullar әmәlә gәtirmәsi hesabına yaranan daha sıx quruluşla sәciyyәlәnir; bu zaman DNT-nin yığcamlıq dәrәcәsi yenә dә 6 dәfәyәdәk artır. Üçüncü sәviyyә xromatin liflәrinin bir-birindәn uzaqda yerlәşmiş spesifik nukleotid ardıcıllığını tanıyaraq onları yaxınlaşdıran (birilmәdә 20–100 m.c.n. olur) qeyri-histon zulalların iştirakı ilә 100 m.c.n.-ә qәdәr nukleotidi әhatә edәn il mәlәrdә yığılması ilә әldә edilir. Sıxlaşmış ilmәlәr yığcamlığı 20 dәfә artırır. Xromosomlarda DNT-nin sonrakı yığcamlığı ilmәlәrin yaxınlaşaraq nisbәtәn iri bloklar әmәlә gәtirmәsi vә spiral şәklindә burulma hesabına baş verir. Bütün bu yığılma sәviyyәlәri hesabına xromosomlarda DNT-nin yığcamlığı 104 dәfәyә çatır. Yığım sıxlığından vә transkripsiya fәallığının dә rәcәsindәn asılı olaraq fәal X. (euxromatin) vә genetik qeyri-fәal X. (hetero xromatin) ayırd edilir.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – İBRAHİMOV Eldar Rza oğlu 