XROMATLAR – xromat turşularının duzları (bax Xrom oksidlәri). Ən çox rast gәlinәn CrO3-ün törәmәlәri olan xromatlar (IV) sarı vә ya qırmızı kristal maddәlәrdir; H2CrO4 vә ya CrO3-ün metalların oksidlәri, hidroksidlәri, karbonatları ilә qarşılıqlı tәsirindәn, hәll olan xromatların tәsiri ilә duz mәhlullarından çökdürmәklә vә ya oksidlәşmә dәrәcәlәri aşağı olan xromun birlәşmәlәrinin oksidlәşdiricilәrlә işlәnmәsindәn alınır. Tәbii xromatlar mәlumdur. Qәlәvi metalların, ammonium vә maqneziumun X.-ı suda yaxşı hәll olur; qәlәvi-torpaq metalların X.-ının hәllolma qabiliyyәti Ca-dan Ba-a doğru kәskin azalır. Qalan X. suda praktiki olaraq hәll olmur. Qәlәvi vә qәlәvi-torpaq metalların X.-ı parçalanmadan әriyir, digәr X. qızdırıldıqda parçalanır.
X.-ın mәhlulları turşulaşdırıldıq da rәngin narıncıya keçmәsi ilә müşahidә olunan dixromatlar (köhnә adı – bixromatlar) әmәlә gәlir. Dixromatların çoxu suda hәll olur (Ag2Cr2O7 vә Tl2Cr2O7 az hәll olur). Dixromatlar xromatlara (VI) nisbәtәn termiki azdavamlıdır. Qәlәvi (Li-dan başqa) vә bәzi digәr metalların tünd-qırmızı trixromatları M2Cr3O10 vә qәhvәyi-qırmızı tetraxromatları M2Cr4O13 mәlumdur.
X. üzvi sintezdә oksidlәşdirici, piqment (kronlar), parçaların boyanmasında rәngab, aşılayıcı maddә, fotomaterialların işığahәssas tәbәqәsinin komponenti, korroziya inhi bitoru kimi istifadә olunur. X. vә dixromatlar yerli vә ümumi toksiki tәsirә malikdir, dәridә dәrin yanıqlar, ekzema, xora törәdir, tәnәffüs orqanlarını vә mәdә-bağırsaq traktını zәdәlәyir.










