XROMATOFORLAR (yun. χρῶμα, yiyәlik halda χρώματος – rәng, boya vә φορός – daşıyıcı) – 1) yosunların piqmentlәrә malik, fotosintezi tәmin edәn orqanellәri. X.-da piqmentlәrin tәrkibi hәr bir yosun qrupu üçün sәciyyәvidir. 2) Bәzi purpur bakteriyalarda piqmentlәrin olduğu vә fotosintezin ilkin mәrhәlәlәrinin baş verdiyi vezikul şәkilli membranlı hüceyrәdaxili strukturlar.










