Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - İBRAHİMOV Eldar Rza oğlu )
    XROMATO-KÜTLƏ-SPEKTRO METRİYASI 
    XROMATO-KÜTLƏ-SPEKTRO METRİYASI − mürәkkәb maddәlәri birbaşa vәsfi vә miqdari kimyәvi analiz edәn kombinә edilmiş metod; maddәlәrin xroma toqrafik ayrılmasını vә onların kütlә-spektro metrik analizini özündә birlәşdirir. “Xromato-kütlә-spektrometriyası” termininә qaz xromatoqrafiyası/kütlә-spektrometriyası (QX/KS), maye xromatoqrafiyası/ kütlә-spek trometriyası (MX/KS), super ifrat flüid xromatoqrafiyası⁄kütlә-spektrometriyası (SFX/KS), ion xromatoqrafiyası/ kütlә-spektrometriyası (İX/KS), kapilyar elektro forez/kütlә-spektro metriyası (KE/KS) daxildir. X.-k.-s. minlәrlә kimyәvi birlәşmәlәrdәn ibarәt qarışıqları analiz etmәyә imkan verir vә müxtәlif analitlәr (karbohidratlar, zülallar, nuklein turşuları daxil olmaqla qeyri-üzvi ionlardan әn mürәkkәb biopolimerlәrә qәdәr) üçün istifadә olunur.
    Analiz edilәn qarışıq xromatoqrafa verilir vә orada onun komponentlәri ayrılır vә bir-birinin ardınca kütlә-spektrometrә daxil olur. İonlaşma, әmәlәgәlәn ionların ayrılması vә onların qeyd edilmәsi kütlә-spektrlәrini almağa imkan verir. Eksperimentin nәticәlәrinә nümunәnin xromatoqramı vә hәr bir komponentin kütlә-spektri daxildir. Bunların әsasında identifikasiya aparmaq (vәsfi analiz) vә ilkin nümunәdә komponentlәrin miqdarını qiymәtlәndirmәk (miqdari analiz) olar.
    X.-k.-s.-nın istifadәsinin iki variantı mövcuddur. Birinci variant mәqsәdli birlәşmәlәrin detektә edilmәsi ilә әlaqәdardır; bu zaman әvvәlcәdәn seçilmiş analitlәr miqdarı analiz edilir, qalanları isә nәzәrә alınmır. İkincisi − skrininq vә ya tam spektrin analizidir; bu halda nümunәnin bütün kompenentlәrinin identifikasiya edilir.
    X.-k.-s. informativ, ehtibarlı vә hәssas analitik metoddur. QX KS variantında cihaza yalnız bir neçә femtoqram birlәşmә daxil etmık lazımdır. X.-k.-s. yalnız fundamental tәdqiqatlarda deyil, hәm dә kimya sәnayesinin, biologiyanın, tibbin, energetikanın praktiki mәsәlәlәrinin hәllindә effektlidir. Metod ekoligiyada, kriminalistikada vә bir çox digәr sahәlәrdә әvәz edilmәzdir.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – İBRAHİMOV Eldar Rza oğlu 