XROMLAMA – 1) metal mәmulatda korroziyanın qarşısını almaq, mexaniki yeyilmәyә müqavimәtini artırmaq vә mәmulata dekorativ görünüş vermәk üçün onun sәthinә elektrolitik üsulla xrom örtüyünün çәkilmәsi. 2) Metal mәmulatın sәth qatının diffuziya yolu ilә xromla doydurulması. X. mәmulatın bәrkliyini, hәrarәtәdavamlılığını, hәrarәtәdözümlülüyünü, yorulmaya müqavimәtini, turşu vә dәniz suyunda korroziyaya, yeyilmәyә davamlılığını vә s.-ni artırır. X.-dan metal mәmulata lazımi maqnit vә elektrik xarakteristikaları vermәk üçün dә istifadә edilir.










