Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - İBRAHİMOV Eldar Rza oğlu )
    XROMOSOMLARIN GENETİK XƏRİTƏLƏRİ 
    XROMOSOMLARIN GENETİK XƏRİTƏLƏRİ – xromosomlarda genlәrin aralarındakı mәsafәnin göstәrilmәsilә qarşılıqlı yerlәşmәsinin müәyyәn vahidlәrlә ifadә olunmuş qrafik sxemlәri. Termin yalnız eukariotların nüvәsindәki xromosomlara nәzәrәn deyil, hәmçinin bakteriyaların, virusların, mitoxondri vә plastidlәrin genetik materialına nәzәrәn dә istifadә olunur. X.g.x.-ndә genlәrdәn başqa sentromerlәrin vә digәr genetik markerlәrin yerini dә göstәrmәk mümkündür. X.g.x.-nin qurulması prosesi genetik xәritәlәşdirmә, xәritәdә genin yerlәşmә nöqtәsi isә lokus adlanır. X.g.x.-nin әsas xüsusiyyәti genlәrin eyni yerlәşmә qaydası vә bir növün orqanizmindә genlәr arasındakı mәsafәnin adәtәn sabit olmasıdır (doğrudur, rekombinasiyanın tezliyinә tәsir göstәrәn genotipik fondan asılı olaraq sonuncu dәyişә bilәr) ki, bu da genetik materialın stabilliyi ilә müәyyәn edilir. X.g.x. eukariot nüvәsi vә bir çox viruslarda genetik material molekulunun xәttiliyini әks etdirәn düzxәtt vә ya zolaq parçası, yaxud bakteriyaların, mitoxondrilәrin, plastidlәrin vә bәzi virusların genetik material molekullarının qapalı olmasını әks etdirәn halqa kimi tәsvir edilir. İlk X.g.x. 1913 ildә Amerika genetiki A.Stertevant tәrәfindәn drozofil milçәklәrinin X-xromosomu üçün qurulmuşdur.
    Bir neçә qeyri-homoloji xromosom olduqda xәritәlәnmәnin ilkin mәrhәlәsi hәr bir xromosomda yerlәşәn genlәrin ilişmә qrupunu müәyyәn etmәkdәn ibarәtdir. X.g.x.-nin qurulmasının әsasını ilişikli genlәr arasındakı rekombinasiya tezliyinin öyrәnilmәsi tәşkil edir ki, bu da onlar arasındakı mәsafәni müәyyәn etmәyә imkan verir. Cinsi prosesә malik eukariotlar üçün meyozda genetik materialın mübadilәsi prosesindә baş verәn rekombinasiyaların (krossinqoverin) tezliyi ilә müәyyәn olunan lokuslar arasındakı mәsafәni göstәrәn m e y o t i k X.g.x. qurulur. Bu mәsafәnin vahidi krossinqoverin 1% tezliyinә uyğun olansan timorqandır (sM). Genetik xәritәlәnmә dә belә bir fakt әsas götürülür ki, ilişikli genlәr arasında rekombinasiya tezliyi xromo somlarda onlar arasındakı fiziki mәsafә ilә düz mütәnasibdir. X.g.x.-ni quran zaman çoxlu sayda ilişikli genlәri üç nöqtәdә xәritәlәşdirmәklә әldә edilmiş mәlumatlar mәsafәnin additivliyi qaydasından istifadә edilmәklә ümumilәşdirilir. Xәritә “dolduqca” iki әn kәnar lokusdan biri sıfır vәziyyәtinә gәtirilir, digәr lokusların yeri isә onların bu lokusdan olan mәsafәsinә әsasәn verilir. Eukariotlarda mitoz zamanı xromosomlararası rekombinasiyalar әsasında m i t o t i k X.g.x.-nin qurulması mümkündür. Belә halda xromosomun müxtәlif çiyinlәrindә yerlәşmiş genlәrin lokuslarına münasibәtdә sıfır lokus vәzifәsini daşıyan gen vә sentromer arasında rekombinasiyanın tezliyi qeydә alınır. Bu zaman sentromerlә ondan әn uzaqda yerlәşәn gen arasındakı mәsafә 100% qәbul olunur. Eyni növdәn olan orqanizmlәrin meyotik vә mitotik X.g.x.-nin qurulması qaydaları müxtәlif olduğundan, rekombinasiya mexanizmlәrindә fәrqlәr meydana çıxdığına görә bu orqanizmlәrdә eyniadlı genlәr arasındakı nisbi rekombinasiya mәsafәlәri cox vaxt üst-üstә düşmәmәsinә baxmayaraq, bu xәritәlәrin müqayisәsi zamanı eyniadlı genlәrin hәr iki xәritәdә qarşılıqlı olaraq bir qaydada yerlәşdiyi üzә çıxır. Bakteriyalar üçün X.g.x.-nin qurulmasının nәzәri prinsiplәri eukariotlar üçün olduğundan fәrqlәnmir; onlar hüceyrәdә genlәr arasında konyuqasiya, transduksiya vә ya transformasiya vasitәsilә alınmış rekombinasiya tezliyinin analizinә әsaslanır. Viruslarda genetik xәritәlәnmә yalnız onlarda rekombi nasiya prosesi olduğu halda mümkündür. Müxtәlif növ orqanizmlәrin X.g.x.-ndә lokallaşmış genlәrin payı hәm genomda genlәrin ümumi sayı, hәm dә genetik materialın öyrәnilmә dәrәcәsi kimi müәyyәn olunur. Bir sıra virusların (mәs., λ vә T4 bakteriofaqların), bakteriyalardan isә bağırsaq çöplәrinin bütün genlәr xәritәlәş dirilmişdir. Saxaromiset maya göbәlәklәrinin, onurğasızlardan drozofil milçәklәrinin, onurğalılardan siçanların X.g.x. nisbәtәn tam qurulmuşdur. İnsanda rekombinasiya tezliyini әnәnәvi usulla müәyyәn etmәk praktiki olaraq mümkün deyil, çünki xromosomların induksiyalaşdırılmış mutasiyalarla nişanlanması vә eksperimental olaraq nәzarәtdә saxlanılan çarpazlaşmanın insana tәtbiqi yolverilmәzdir. Bununla belә, insanda genlәrarası mәsafәni dolayı yolla qiymәtlәndirmәyә imkan verәn populyasiya genetikası metodu var. Çox vaxt hәm dә insanın somatik hüceyrәlәrinin hibridlәşdiril mәsindәn, genetik baxımdan yaxşı öyrәnilmiş vә mutasiyalar yaratmaqla nişanlanmış genlәri insan genlәri ilә homologiya (ortoloqlar) tәşkil edәn siçan vә ya dağsiçanı kimi obyektlәrdәn istifadә edilir. Süni mühitlәrdә yetişdirilmiş belә somatik hibridlәrdә genlәrin xәritәlәnmәsi üçün para seksual tsikl elementlәrindәn, o cümlәdәn mitotik krossinqover vә xromosom itkilәrindәn istifadә edilir.
    Genetik xәritәlәnmә müxtәlif xromosomlarda vә ayrıca xromosom daxilindә genlәrin qeyri-tәsadüfi paylanmasını üzә çıxarmağa imkan verir. Müxtәlif növlәrin X.g.x.-nin müqayisәsi orqanizmlәrin genetik qohumluq sәviyyәsini vә genetik materi alın tәkamüldә şәkildәyişmәsi yollarını üzә çıxarır. Seleksiya işlәrindә maraq kәsb edәn müxtәlif genlәrin ilişmәsi haqqında mәlumatlar müәyyәn әlamәtlәrә malik orqanizmlәrin alınması işlәrinin planlaşdırılmasına imkan verir. İnsan üçün X.g.x. tibbi-genetik mәslәhәtlәrin verilmәsindә xüsusi әhәmiyyәti var.
    Əd.: З а х а р о в И.А. Генетические карты высших организмов. Л., 1979; Genetic maps. 6th ed. [N.Y.], 1984. Vol. 4; З а х а р о в И.А., М а ц е л ю х Б.П. Генетические карты микроорганизмов. К., 1986.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – İBRAHİMOV Eldar Rza oğlu 