XROMŞPİNELİDLƏR – şpinelidlәr qrupuna aid minerallar. Ümumi kimyәvi formulu (Mg, Fe) (Cr, Al, Fe)2O4. X. tәqr. 20 mineralı әhatә edir. Mühüm mineralları: maqnoxromit (Mg, Fe) Cr2O4, xrompikotit (Mg, Fe) (Cr, Al)2O4, alümoxromit Fe(Cr,Al)2O4, maqnoferrixromit (Mg, Fe) (Cr,Fe)2O4 vә s. Xromitin özü (FeCr2O4) nadir mineraldır vә yalnız meteroitlәrdә tapılmışdır. X. üçün V, Ti, Mg, Zn izomorf qarışıqları xarakterikdir. Kubik sinqoniyada kristallaşır. Adәtәn, dәnәli sal aqreqatlar, nadir hallarda oktaedr formalı kristallar әmәlә gәtirir. Rәngi qaradan qonuru-qarayәdәk dәyişir. Sәrtliyi 6–8; sıxlığı 3600–5000 kq/m3. Tәrkibindә çoxlu miqdarda FeO vә Fe2O3 olan X.-in ferrimaqnit xüsusiyyәti var. Yataqları ultraәsasi süxurlarla әlaqә dardır. X., hәmçinin şistlәrdә, dәmir meteo ritlәrdә vә ay bazaltında da rast gәlinir; sәpintilәrdә toplanır; mühüm xrom filizi minerallarıdır. Süni X.-dәn (xrom ferritlәri) radioelektronikada, hesablama texnikasında vә s. istifadә edilir. Yataqları RF-dә Uralda (Kempirsay vә s.), Azәrb. Resp.-n da (Göydәrә), Zimbabve, Türkiyә, Kuba, Filippin, Albaniya vә s. ölkәlәrdәdir.










