Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - İBRAHİMOV Eldar Rza oğlu )
    XRONİKİ YORĞUNLUQ SİNDROMU (XYS)
    XRONİKİ YORĞUNLUQ SİNDROMU (XYS) – xәstә hal; hәr hansı xәstәliklә, yaxud yüksәk gәrginliklә şәrtlәnmәyәn vә әsas әlamәti tez yorulma olan vәziyyәtdir. Arası kәsilmәyәn, qayıdan, yaxud bir neçә ay davam edә bilәn olur. İlk dәfә ABŞ hәkimi P.Çeyni tәrәfindәn tәsvir edilmiş, İnklayn-Villic şәhәrindә (Nevada ştatı) tәcrübәdәn keçirmiş vә 1984 ildә 200 XYS halı qeyd edilmişdir. Xәstәlәr yorğunluq duyğusu hiss etmişlәr vә bu, onların hәyatının bütün sahәlәrdәki fәaliyyәtlәrini mәhdudlaşdırmaqla, kiçik gәrginlikdәn sonra güclәnmiş vә istirahәtdәn sonra azalmamışdır. Yorğunluğu çox vaxt başağrısı, diqqәtin zәiflәmәsi, yuxunun pozulması, әzәlә ağrıları, yaddaşın azalması vә s. pozuntular müşayiәt edir. Xәstәlәrin çoxunda endokrin vә immun pozuntular aşkar edilir. XYS-nin etiologiyası aydınlaşdırılmamışdır. Qida maddәlәri çatışmazlığının, qida allergiyalarının, uzunmüddәtli fiziki vә psixi gәrginliyin, virus infeksiyalarının mühüm rol oynadığı qәbul edilir. Ən geniş virus nәzәriyyәsi yayılmışdır vә buna müvafiq olaraq Epstayn–Barr virusu, sitomeqalovirus, herpes, hepatit C virusları, enterovirus, retro virus vә s. XYS-inә sәbәb ola bilәr. İdentifikasiya olunmamış XYS virusunun olması ehtimalı istisna edilmir. Xәstәliyin patogenezi aydınlaşdırılmamış qalmaqdadır. Sindrom, әsasәn, 25–45 yaşda olan şәxslәr arasında vә çox vaxt qadınlarda müşahidә edilir. Müalicәsi kompleks şәkildә aparılır: fiziki iş vә istirahәt rejiminin normallaşdırılması; su proseduraları vә müalicә bәdәn tәrbiyәsi ilә birgә ümumi masaj; trans kvilizatorlar, antidepressantlar. Xәstәlәrin çox qismindә әmәk qabiliyyәti saxlanılır.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – İBRAHİMOV Eldar Rza oğlu 