XRONOBİOLÓGİYA (yun. χρόνος – vaxt + biologiya) – bioloji sistemlәrin, onların dövri vә qeyri-dövri dәyişikliklәrinin vaxta görә müvәqqәti tәşkilini öyrәnir. Bәzәn dövri tәkrar olunan biol. proseslәrin vә hadisәlәrin (biol. ritmlәrin) tәdqiqini müstәqil bioritmologiya bölmәsinә ayırırlar. Çox vaxt “X.” vә “bioritmologiya” terminlәri arasında fәrq qoyulmur.










