XRONOFOTOQRÁFİYA (yun. χρóνος – vaxt, zaman + fotoqrafiya), t i b d ә – hәrәkәt edәn insanın (yaxud heyvanın) vә ya onun bәdәninin ayrı-ayrı hissәlәrinin qısa vә bәrabәr zaman müddәti ilә kadrlarla şәklinin çәkilmәsi. X.-dan idman tibbindә, klinika tәcrübәlәrindә hәrәkәt aktının analizi üçün istifadә edilir.










