XRONOSKÓP (xrono... + ... skop) – iki ayrı-ayrı saatın göstәrdiyi zamanı vә ya saatları zaman radiosiqnalları ilә müqayisә etmәk, habelә çox kiçik zaman müddәtlәrini (mәs., saniyәnin mindә bir hissәsini) dәqiq ölçmәk üçün cihaz. Fizika, astronomiya, artilleriya, naviqasiya vә s. sahәlәrdә 20 әsrin ortalarına kimi geniş istifadә olunan X. sonralar daha mükәmmәl elekron aparatlarla әvәz edilmişdir.










