XRUSTÁLNI (2016 ilә qәdәr Krasnı Luç) – Ukr.-nın ş.-indә, Luqansk vil.-ndә şәhәr. Əh. 80 min (2019). Donetsk tirәsinin c. yamacında yerlәşir. D.y. st.
2010-cu illәrin ortalarına qәdәr әn iri kömür hasilatı (“Donbassantrasit” müәssisәsi) mәrkәzi olmuşdur, 2018–20 illәrdә bütün mәdәnlәr bağlanmışdır. Yüngül (toxuculuq f-ki) vә yeyinti sәnayesi müәssisәlәri var; tikinti materialları istehsal edilir (kәrpic z-du). Sıx d.y. şәbәkәsi var.
Mәdәniyyәt sarayı (1934), “Miusfront” memorial kompleksi (döyüş şöhrәti muzeyi; 1960-cı illәr, memar A.G. Qrivski vә b.); Müq. Mәryәm kilsәsi şәhәrin görmәli yerlәrindәndir. 2 texnikum fәaliyyәt göstәrir.










