XRUŞŞOV Nikita Sergeyeviç (15.4.1894, Kursk qub.-nın Kalinovka k. – 11.9.1971, Moskva) – sovet dövlәt vә partiya xadimi. 1908–17 illәrdә Donbasda fәhlәlik etmişdir. 1918 ildәn bolşeviklәr partiyasının üzvü, Vәtәndaş müharibәsinin (1918–20) iştirakçısı olmuşdur. Moskva sәnaye akademiyasında (1929–30) tәhsil almışdır. 1931 ildәn Moskvada partiya işindә çalışmışdır. 1935 ildәn ÜİK (b)P Moskva komitәsi vә Moskva şәhәr komitәsinin, UK (b)PMK-nın birinci katibi (1938–47) olmuşdur. Böyük Vәtәn müharibәsi (1941–45) dövründә Cәnub-Qәrb istiqamәti, Cәnub-Qәrb, Stalinqrad, Cәnub-Voronej, 1-ci Ukrayna cәbhәlәri hәrbi şuralarının üzvü idi. Ukrayna SSR XKS-nin (1946 ildәn Nazirlәr Sovetinin) sәdri (1944–47), 1947 ilin dekabrından yenidәn UK(b)P MK-nın birinci katibi, ÜİK (b)P MK katibi vә Moskva komitәsinin birinci katibi, 1953 ilin martından Sov. İKP MK katibi, sentyabrdan birinci katibi, 1958–64 illәrdә SSRİ Nazirlәr Sovetinin sәdri olmuşdur. Partiyanın 17–22-ci qurultaylarında MK üzvü seçilmişdir. Sov. İKP-nin 20-ci qurultayında (1956, fevral) Stalin şәxsiyyәtinә pәrәstişi tәnqid etmişdir. Ölkәnin idarәetmә aparatında bir neçә demokratik islahat aparmışdır; xarici siyasәtdә kapitalist ölkәlәri ilә münasibәtlәri nisbәtәn yaxşılaşdırmışdı; SSRİ ilә Çin arasında gәrgin münasibәtlәr yaratmışdı; siyasi mәhbusların böyük bir hissәsi (o cümlәdәn 737,1 min nәfәr ölümündәn sonra) bәraәt qazanmışdı. Sov. İKP MK oktyabr plenumunda (1964) Sov. İKP MK-nın birinci katibi vәzifәsindәn vә Sov. İKP MK Rәyasәt Heyәtinin üzvlüyündәn azad edilmişdir. Fәaliyyәtindә subyekti vizm vә volyuntarizm meyillәri olmuşdur.










