Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - İBRAHİMOV Eldar Rza oğlu )
    XUAN KARLOS I
    XUAN KARLOS I (Juan Carlos I), Xuan Karlos Alfonso Viktor Mariya de Burboni Burbon (d. 5.1.1938, Roma) – Burbonlar sülalәsindәn İspaniyanın 17-ci kralı [1975–2014]. İkinci respublikanın elan edilmәsindәn (1931) sonra kral ailәsi İspaniyanı tәrk etmişdi. 1948 ildә F.Frankonun razılığı ilә don Xuan İspaniyaya gәlmiş, hәrbi vә mülki tәhsil almışdır. 1962 ildә Yunanıstan şahzadәsi Sofiya ilә evlәnmişdir. 1969 ildә “İspaniya şahzadәsi” titulu ilә F.Frankonun rәsmi varisi tәyin edilmişdir. 1975 ildә gen.-kapitan rütbәsi almışdır. F. Frankonun ölümündәn iki gün sonra X.K. dәrhal İspaniya kralı (1975, 22 noyabr) elan olunmuş, diktaturadan demokratik idarәçiliyә keçid üçün şәrait yaratmış, A. Suaresi hökumәt başçısı tәyin etmiş, siyasi partiyaların legitimlәşdirilmәsini vә әfvi dәstәklәmişdir. 1978 ildә qәbul olunmuş konstitusiyada İspaniya parlamentli monarxiya, kral isә dövlәtin başçısı elan edilmişdir. 1981 il fevralın 23-dә baş verәn hәrbi qiyama qarşı çıxan X.K. xalqın geniş dәstәyini qazanmışdır. 2008 ildәn başlamış iqtisadi böhran, kral ailәsinin üzvlәri ilә bağlı korrupsiya qalmaqalları vә israfçılıq şәraitindә monarxın nüfuzu aşağı düşmüşdür. 2014 il iyunun 18-dә X.K. oğlunun (VI Filipp adı ilә İspaniya kralı oldu) xeyrinә taxtdan imtina etmişdir. 2019 ildә siyasi hәyatdan uzaqlaşmış, 2020 ilin avqustunda şәxsi hәyatı ilә bağlı qalmaqallar nәticәsindә İspaniyanı tәrk edәrәk Əbu Dabiyә (BƏƏ) getmişdir.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – İBRAHİMOV Eldar Rza oğlu 