XUANA DİVANƏ (Juana I la Loca, Juana I de Castilla) (6.11.1479, Toledo –12.4. 1555, Tordesilyas) – Kastiliya [1504–55] vә Araqon [1516–55] kraliçası. Tras tamara sülalәsindәndir. II Fernandonun vә I İzabellanın qızıdır. Valideynlәrinin Habsburqlar sülalәsilә yaxınlaşma niyyәtinә uyğun olaraq 1496 ildә I Filipp Habsburqa әrә getmiş vә Flandriyada yaşamışdır. Qardaşı Xuanın, bacısı İzabellanın vә onun oğlu Migelin ölümündәn sonra anasının (ö. 1504) vәsiyyәti ilә Kastiliya taxt-tacına yiyәlәnmişdir. 1505 ildә Toro korteslәri tәrәfindәn ruhi xәstәlik üzündәn idarәçilik işlәrinә qabiliyyәtsizliyi tanınmışdı. Nominal şәkildә ölkәni ölümünәdәk idarә etmişdir, әslindә isә hakimiyyәt tam olaraq onun әri vә atası, 1516 ildәn oğlu V Karlın әlindә idi. 1509 ildәn Tordesilyasda Santa-Klara monastırında tәcrid vәziyyәtdә yaşamışdır. X.D.-nin obrazı әdәbiyyatda, tәsviri sәnәtdә, musiqi vә kinemato qrafiyada geniş әks olunmuşdur.










