Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - İBRAHİMOV Eldar Rza oğlu )
    XUAN SZUNSİ 
    XUAN SZUNSİ (Xuan Tayçjun, Xuan Nanley, Xuan Liçjou) (24.9.1610, Çjeszyan әyalәti, Yuyao dairәsi – 12.8.1695) – Çin filosofu, ensiklopediyaçı-alim, neokonfusiçiliyin nümayәndәsi; Çjeszyan tarix şünaslıq mәktәbinin yaradıcısı. Van Yanminin da vamçısı  Lyu Szunçjounun (1578–1645) şagirdi olmuşdur. Çinә soxulmuş mancuriyalılara qarşı silahlı mübarizәdә iştirak etmiş, 1649 ildәn elmi vә әdәbi fәaliyyәtә keçmişdir.
    Min dövrünә, 10–17 әsrlәr Çin fәlsәfә tarixinә dair әsәrlәrin, cәmiyyәtşünaslıq problematikasına hәsr olunmuş “Min-i dayfanlu” (“İşığın Mәğlubiyyәti [dövründә hökmdarın] gözlәnilәn gәlişi üçün qeydlәr”, yaxud “[Ali müdrik hökmdarın] gәlişini gözlәyәrkәn barbarları maariflәndirәn qeydlәr”, 1662) traktatının vә s. müәllifidir. Van Yanminin “ürәk haqqında” tәlimini dәyişәrәk, X.S. “ürәy”i (sin) “prinsip”lә (li) deyil, “pnevma” (si) ilә eynilәşdirirdi; hesab edirdi ki, bütün insanlar üçün hәrәkәt verici qüvvә әdalәtә/borca (i) deyil, fayda ya/mәnfәәtә (li) canatma vә şәxsi maraqlardır. Lakin cәmiyyәtdә ümumi fayda/mәnfәәt hәyata keçirilmәli vә buna görә ilk növbәdә hökmdar mәsuliyyәt daşımalıdır. X.S.-yә görә, әvvәl “nizamlanmış qanunlar olmalı, bundan sonra nizamlayıcı insanlar meydana çıxacaq”, qanunlar isә zaman keçdikcә dәyişmәlidir. “Cәmiyyәt bir insan tәrәfindәn nizamlana bilmәz, ona görә onu nizamlamaq üçün mәmurluq tәsis edilmişdir. Odur ki, mәmurlar mahiyyәtcә hökmdarın cismani tәcәssümüdürlәr” (bu cәhәt Sәma oğlu sayılan imperatorun özünü dә “yer”dәki inzibati iyerarxiyaya daxil etmәyә vә hakimiyyәtin qeyri-irsi ötürül mәsinin mümkünlüyünә әsas verirdi). X.S. torpaqların bәrabәr bölüşdürülmәsinә, kәndlilәrin vergi yükünün azaldılmasına vә torpağın mәhsuldarlığından asılı olaraq verginin diferensiasiya edilmәsinә, әkinçiliklә yanaşı, ticarәt vә sәnәtkarlığın da “әsas mәşğuliyyәt” kimi tanınmasına, pul sisteminin unifikasiyasına, kağız pulların emissiyasına vә bankların tәsis edilmәsinә çağırırdı. Onun  sosial-siyasi, iqtisadi vә hüquqi ideyaları 19 әsrin sonu – 20 әsrin әvvәllәrindә Çin islahatçılarına, xüsusilә Lyan Siçaoya tәsir göstәrdi.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – İBRAHİMOV Eldar Rza oğlu 