XÚBLİ-DHÁRVAR, Dharvar – Hin distanın c. hissәsindә, Karnataka ştatında şәhәr (Xubli vә Dharvar şәhәrlәrinin inzibati birliyi). Əh. 944 min (2011; әhalisinin sayına görә ştatın ikinci şәhәri). Nәql. qovşağı.
X.-D. Karnatakinin Banqalordan sonra ikinci mühüm sәnaye vә ticarәt mәrkәzidir. Şәhәrdә әczaçılıq, kimya, emal vә yeyinti sәnayesinin 1000-ә yaxın kiçik vә orta müәssisәsi, o cümlәdәn “TATA Motors” şirkәtinin müәssisәlәri; pambıq-parça f-ki fәaliyyәt göstәrir. Sәnaye dәzgahları, elektrik avadanlıqları, polad furnitur, yeni nәsil dizel mühәrrikli lokomotivlәr, gön-dәri istehsalı inkişaf etmişdir. “VRL Logistics” – Asiyanın әn iri logistika şirkәtinin mәnzil-qәrargahı, “Software Technology Parks of India” İT-texnolgiyalar parkı, hәmçinin Hindistanın әn iri pambıq bazarı burada yerlәşmişdir.
Orta әsrlәrә aid bir neçә mәbәd, Asar binası (1646), Müasir şüşә sarayı şәhәrin görmәli yerәlәrindәndir. İri elm vә tәhsil mәrkәzidir. Karnataka (1949), k.t. elmlәri (1986), hüquq (2009) un-tlәri, tibb elmlәri (1957), informasiya texnologiyaları (2015)in-tları vә s. var.

Xubli-Dharvar ş. Çandramauleşvara mәbәdi. 11 әsr.










