XUBULÁVA Gennadiy Qriqoryeviç (d.4.9.1960, Gürc. SSR-in Zuqdidi r-nunun İngiri k.) – Rusiya kardiocәrrahı, REA-nın akad. (2016). 1982 ildә Leninqradda Hәrbi-Tibb Akad.-nın (HTA) 3-cü fakültәsini bitirmişdir. Adyunkturanı bitirdikdәn (1990) sonra orada ürәk-damar cәrrahiyyәsi kafedrasında (1999 ildәn kafedra rәisi) işlәmişdir. HTA-nda 1-ci cәrrahiyyә kafedrasının vә klinikasının (hәkimlәrin tәkmillәşdirilmәsi) rәisidir; 2000 ildәn RF MN-nin, RFS–Pb. vә Şimal–Şәrqi federal dairәsinin baş kardiocәrrahıdır. Elmi әsәrlәri ürәk-damar xәstәliklәrinin diaqnostikası vә cәrrahi müalicәsi mәsәlәlәri üzrәdir. RF Dövlәt mükafatı laureatıdır (2000).










